"Gənclik" parkında möhtəşəm restoran açıldı - FOTOLAR
"By CafeCity" təqdim edir: "Gənclik" parkında "CityPark" restoranı
(®) Yayın sonlarında Bakının Xətai rayonunun ərazisində açılan "Gənclik" parkı tez bir zamanda paytaxt sakinlərinin və qonaqların sevimli istirahət və əyləncə məkanına çevrildi. Parkda uzun müddət gəzəndən sonra təmiz havanın təsirindən iştah açılır. Belə hallarda adətən nəsə dadlı yeməklə yanaşı, ailə, dost ortamında yaxşı istirahət etmək üçün rahat yer axtarışında olursan. Bunun üçün 15 dekabrdan "Gənclik" parkında fəaliyyətə başlayan və uzun illər boyu Bakının restoranlar aləmində dadlı mətbəxi, maraqlı konsepsiyaları və yüksək keyfiyyətli servisi ilə tanınan "By CafeCity" şəbəkəsinin növbəti layihəsi hesab olunan "CityPark" restoranı ideal seçimdir.
Bura ayağınızı qoyar-qoymaz özünüzü maksimum komfort və doğma atmosfer zonasında hiss edəcəksiniz - bura böyüklər kimi uşaqlar üçün də maraqlı və rahat yerdir. Hər zövqə uyğun bir-birindən ləzzətli yeməklərdən ibarət rəngarəng və eksklüziv menyusu və bütövlükdə yüksək dərəcəli servisi, rahat və geniş interyeri, məşhur musiqiçilərin canlı ifaları, zövqlü musiqi tərtibatı ilə "CityPark" elə ilk baxışdan görənləri özünə heyran edir.
Xəzər dənizinə və Bakının sayrışan işıqlarına möhtəşəm mənzərəsi olan iki böyük terrası bu yeni məkanı digərlərindən fərqləndirməklə yanaşı, onu İnstagram üçün də dəbli və sevimli məkana çevirəcək; burada çəkdirəcəyiniz mükəmməl fotolar sosial şəbəkələrdəki səhifələrinizi bəzəyəcək.
"CityPark" -uşaqlarınızla istənilən vaxt dadlı səhər yeməyi yemək, nahar və şam etmək üçün gözəl məkan olmaqla yanaşı, həm də ailəniz və dostlarınızla birgə əyləncəli gün keçirmək üçün ideal seçimdir. Burada hər şey - xidmət, ab-hava Sizin istirahətiniz, rahatlığınız, məmnuniyyətiniz üçün nəzərdə tutulub.
"CityPark" sakitliyi və hüzuru üstün tutanları da unutmayıb - burada olan xüsusi kabinələrdə onlar rahat şəkildə özəl məsələlərini müzakirə edərək ləziz təamlardan dada bilərlər.
"Biz perfeksionist qonaqlarımıza burada hər şeyin mükəmməl olacağına əminliklə söz veririk. Gözəl atmosfer, təcrübəli personal, mehriban kollektiv, peşəkar aşpazlar və keyfiyyəti üstün tutmağımız bizdə daimi qonaqlarımızın yanında hər zaman başıuca olacağımıza və yeni müştərilər qazanacağımıza inam yaradır" - deyən "By CafeCity" komandasının sözlərinə görə, restoran hər yerdə və hər şeydə rahatlığı sevənlər və ona dəyər verənlər üçün ən yaxşı yer olacaq.
Daha bir vacib məqam - Yeni ilə sayılı günlər qalıb. "CityPark"da yeni il axşamı üçün masa sifariş etməyə tələsin! Burada Sizi ləziz bayram menyusu ilə yanaşı, gözəl musiqili şou-proqram gözləyir. Bu barədə linkə daxil olaraq ətraflı məlumat əldə edə bilərsiniz:
Rezervasiya üçün əlaqə nömrələri:
+99455-988-02-05;
+99450-988-02-05
"CityPark" restoranı sosial şəbəkələrdə - Instagram, Facebook.
Sadıqcan küçəsi, 8 Noyabr prospekti "Gənclik" parkı
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
- 18 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 53 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 9 saat əvvəl
-
9 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 10 saat əvvəl
-
12 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Bakıda “Şəhər daxilində yeni şəhər” - Böyükşor gölü ətrafına 5 milyard dollaradək investisiya yatırılacaq

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub

Rəsmi məzənnələr açıqlandı

1 trilyon dollardan artıq aktivləri idarə edən şirkət Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Ələtdə hava limanının açılış tarixi açıqlanıb
Ən çox oxunanlar

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
