Polşa Rusiyanı Avropada qazın rekord qiymətinə görə günahlandırıb
Rusiyanın hərəkətləri nəticəsində qaz bazarında “ekstremal vəziyyət” yaranıb.
Marja.az xəbər verir ki, bunu çərşənbə günü Polşa hökumətinin strateji enerji infrastrukturu üzrə nümayəndəsi Piotr Naimski Polşa radiosunun efirində bildirib.
O qeyd edib ki, “Enerji, elektrik enerjisi Polşada bütün istehlakçılara lazım olan həcmdə verilir”. Eyni zamanda hökumət sözçüsü etiraf edib ki, hazırkı şərtlər “ifrat olmasa da, kifayət qədər ciddidir”. “Biz elə bir vəziyyətdəyik ki, enerji böhranı əslində təkcə Avropada deyil, həm də qlobal səviyyədədir”.
Naimskinin iddia edib ki, Rusiya Federasiyasının Avropadakı alıcılara qaz tədarükü məhduddur:
“Rusiya Avropadakı alıcıların ehtiyacı olan minimum müqavilə tədarükündən artıq qazı göndərmir, bu da təbii qazın qiymətinin həddindən artıq artımasına səbəb olub".
Onun sözlərinə görə, bu, Rusiya tərəfinin ilk növbədə Almaniyaya, eləcə də “Şimal axını 2” qaz kəmərinin işə salınması üzrə Avropa Komissiyasına münasibətdə istifadə etdiyi təzyiq formasıdır.
Yamal-Avropa boru kəməri ilə nəqlin azalması və mümkün soyuq hava xəbərləri fonunda dekabrın 21-də birja ticarəti zamanı Avropada təbii qazın qiyməti bir neçə tarixi rekordu qıraraq 1000 kubmetr üçün 2200 dollara yaxınlaşmışdı.
Avropada enerji böhranı ilə bağlı Rusiyaya qarşı ittihamlar ötən ilin payızında, qazın qiyməti qalxmağa başlayanda və min kubmetr üçün 2000 dollara çatanda dəfələrlə səsləndirilib. Müşahidəçilərin fikrincə, böhran bir sıra amillərin təsiri ilə yaranıb. Onlardan biri Asiyada qaza tələbatının kəskin artmasıdır. Avropada külək istehsalının payının azalması vəziyyəti daha da ağırlaşdırıb. Lakin qaz bazarında yüksək volatilliyin əsas səbəblərindən biri də Avropada qaz anbarlarının aşağı doluluq göstəricisidir.
Qeyd edək ki, bugün Avropada hərrac zamanı qazın qiyməti min kubmetr üçün 1850 dollardan aşağı düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























