Rumıniyada daha bir “SOCAR” fəaliyyətə başladı
Rumıniyada SOCAR-ın 67-ci yanacaqdoldurma məntəqəsi istifadəyə verilibDünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ərəfəsində SOCAR-ın Rumıniyada daha bir yanacaqdoldurma məntəqəsi (YDM) fəaliyyətə başlamışdır.
Marja.az SOCAR-ın yaydığı məlumata istinadən xəbər verir ki, ölkənin əsas turizm mərkəzlərindən olan Sibiu regionunun eyni adlı şəhərində, Sibiu Beynəlxalq Hava limanı yaxınlığında yerləşən məntəqə bu regionda müştərilərin ixtiyarına verilən sayca 4-cü, ümumilikdə isə Rumıniya ərazisində açılmış 67-ci “SOCAR” brendli YDM-dir.
Yeni məntəqədə quraşdırılmış 3 sayğac 4 kiçik və 2 böyük avtonəqliyyat vasitəsinin eyni anda yanacaqla təmin olunmasına imkan verir. Burada “NANO 95” və “NANO 98” (benzin), “NANO Dizel” və “NANO Super Dizel” tipli yanacaq məhsullarının, habelə maye qazın (LPG) satışı həyata keçirilir. Məntəqədə avtoyuma və elektromobillər üçün şarj cihazı quraşdırılmış, avtomobillərin salonlarının təmizlənməsi üçün tozsoran aparatı da qoyulmuşdur.
Məntəqə ərazisindəki "Nar" kafesində yerli və Azərbaycandan gətirilmiş məhsulların satışı həyata keçirilməkdədir. SOCAR-ın Rumıniya üzrə bütün YDM-lərində olduğu kimi, burada da “Azərbaycan guşəsi” yaradılmışdır. Monitorlarda mütəmadi olaraq Azərbaycanın təbliği istiqamətində video-çarxlar nümayiş etdirilir.
Hazırda Rumıniyanın 26 regionunda “SOCAR” brendi ilə çalışan 67 yanacaqdoldurma məntəqəsinə malik şirkətimiz təsdiq etdiyi strateji inkişaf planına uyğun olaraq qarşıdakı ildə də bu ölkədəki YDM şəbəkəsini genişlənidməkdə davam edəcək. Xatırladaq ki, SOCAR Rumıniyadakı fəaliyyətini 2011-ci ildə yaradılmış “SOCAR Petroleum SA” şirkəti vasitəsi ilə həyata keçirir.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















