Putin Əliyevi 60 illik yubileyi münasibətilə təbrik etdi
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib.
Cümə günü Kremlin saytında dərc olunan teleqramda Rusiya dövlətinin başçısı Azərbaycan lideri ilə dostluq münasibətlərini yüksək qiymətləndirdiyini vurğulayaraq, iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı naminə əməkdaşlığı davam etdirmək niyyətində olduğunu bildirib.
"Xahiş edirəm, 60 illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Siz beynəlxalq aləmdə ən çətin vəziyyətlərdə belə balanslı, uzaqgörən qərarlar qəbul etməyə qadir müdrik və təcrübəli dövlət xadimi kimi layiqli nüfuza sahibsiniz. Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi, sosial və digər sahələrdə hamı tərəfindən qəbul edilmiş uğurlar əldə edib", - Putin deyib.
"Mən dosluq münasibətlərimizi yüksək qiymətləndirirəm. Sizinlə konstruktiv dialoqu və Rusiya-Azərbaycan strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsini, o cümlədən regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi maraqları naminə sıx birgə işi davam etdirməkdən şad olaram", - Rusiya prezidenti Azərbaycan dövlət başçısına məktubunda bildirib.
Putin Əliyevə möhkəm cansağlığı, firavanlıq və uğurlar arzulayıb, onun ailəsinə səmimi salamlarını çatdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
20 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 16 saat sonra
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 7 saat əvvəl
-
20 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
22 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















