Sahibkarlardan istehlakçı müraciətlərinə operativ reaksiya vermək tələb olunub
Əsas problemlərdən biri anbarda mövcud olmayan məhsulların onlayn təklif edilməsidir.İstehlakçı hüquqlarının qorunmasında sistemli yanaşmanı tətbiq etmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində iri ticarət və xidmət sahələrinin nümayəndələri ilə növbəti görüş keçirilib.
Xidmətin yaydığı məlumatda bildirilir ki, görüş zamanı cari ildə Dövlət Xidmətinə daxil olan istehlakçı müraciətləri müzakirə edilib. Qeyd olunub ki, şikayətlərin məzmunu fərqli olsa da, ümumi problem sahibkarların bu sahəyə olan yanaşması ilə əlaqədardır. Bunun üçün Dövlət Xidməti sahibkarlara fəaliyyətlərinin təkmilləşdirilməsi üçün kompleks tədbirlərin görülməsi ilə bağlı təkliflər verib. Bildirilib ki, istehlakçı müraciətlərinə operativ reaksiya vermək üçün bu sahədə məsul şəxslərin və reqlamentin müəyyən olunması, çağrı mərkəzlərinin fəaliyyətində effektivliyin artırılması vacib şərtlərdəndir. Bununla yanaşı, servis mərkəzlərində nasaz məhsula dair istehlakçıya təqdim edilən sənəddə rəy verən mütəxəssis və yoxlama üsulu haqqında ətraflı məlumat əks olunmalıdır.
Tədbirdə həmçinin, yerli onlayn ticarət platformaları barədə də fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, bu sahədə əsas problem anbarda mövcud olmayan məhsulların onlayn təklif edilməsidir. Sahibkarlara bildirilib ki, onlayn ticarət zamanı istehlakçılarla sənədləşmə proseduru daha təkmil aparılmalıdır, müştərilər alqı-satqı və zəmanət şərtləri ilə tanış olduqdan sonra məhsulu əldə etməlidirlər.
Görüşdə Dövlət Xidmətinin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib, istehlakçı məmnuniyyətinə nail olunması barədə fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
4 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























