“Korgöz TM” şirkəti barəsində bir neçə cinayət işləri başladı
Baş Prokurorluqdan verilən məlumata görə, müxtəlif ərazilərdə ağacların qanunsuz kəsilməsi ilə bağlı vətəndaşların və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində yoxlamalar aparılıb.
Araşdırmalarla, Ağdam, İsmayıllı, Xaçmaz, Şəmkir, Lənkəran və paytaxtın Xəzər rayonları ərazilərində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmaqla vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və səhlənkarlıq hallarına yol verilməsi nəticəsində çoxlu sayda ağacların qanunsuz kəsilərək külli miqdarda ziyan vurulması müəyyən edilib.
Bundan başqa, “Korgöz TM” ASC tərəfindən Korgöz əhəngdaşı yatağında qanunsuz olaraq yerin təkindən istifadə edilməklə əhəngdaşı hasilatı aparılması, həmçinin torpaq üzərində istifadə hüququnun pozulması müəyyən olunub.
Qeyd edilən faktlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 314.1-ci (səhlənkarlıq), 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və digər maddələri ilə bir neçə cinayət işləri başlanaraq aidiyyəti üzrə müvafiq istintaq qurumlarına göndərilib.
Hazırda cinayət işləri üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)









.jpg)






