Daha bir rayonda KOB dostu fəaliyyətə başladı
Regionlarda yeni mikro və kiçik sahibkarlıq subyektlərinin yaradılmasına və mövcud KOB-ların inkişafına, sahibkarların maraqlarının müdafiəsinə, onların investisiya təşəbbüslərinin reallaşdırılmasına və maarifləndirilməsinə dəstək göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB dostu şəbəkəsinin əhatə dairəsi genişləndirilir.
Lənkəran–Astara iqtisadi rayonu üzrə sayca 4-cü KOB dostu Astara rayonunda fəaliyyətə başlayıb. Bununla da KOBİA-nın fəaliyyətə başlamasının 4-cü ilində KOB dostu şəbəkəsi Astara da daxil olmaqla 29 şəhər və rayonu əhatə edir.
Dekabrın 28-də KOBİA-nın təşkilatçılığı, Astara Rayon İcra Hakimiyyətinin, sahibkarların və onlara xidmət göstərən müvafiq qurumların nümayəndələrinin iştirakı ilə KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyət istiqamətləri və KOB dostu mexanizmi barədə məlumat verib. Qeyd olunub ki, Astara və ətraf şəhər və rayonlarda fəaliyyət göstərən mikro, kiçik və orta biznes subyektləri sahibkarlıq fəaliyyəti ilə bağlı KOB dostuna müraciət edə bilərlər. KOB dostu rayonda yeni sahibkarlıq subyektlərinin yaranmasına, mövcud KOB-ların inkişafına dövlət dəstəyini, o cümlədən KOBİA-nın xidmətlərini yerində təmin edəcək. Həmçinin, KOB dostu sahibkarların maraqlarının müdafiəsi və onların qarşılaşdıqları çətinliklərin həlli, eləcə də biznes subyektlərinin inkişaf ehtiyaclarını və təkliflərini sorğular vasitəsilə öyrənəcəkdir.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev KOB dostunun Astarada fəaliyyətə başlamasının rayonda sahibkarlığın inkişafına, yeni biznes subyektlərinin yaranmasına öz töhfəsini verəcəyini vurğulayıb.
Tədbirdə KOBİA-nın sahibkarlara göstərdiyi dəstək və xidmətlər, KOB dostu mexanizmi ilə bağlı filmlər nümayiş olunub, sahibkarların sualları cavablandırılıb.
Sonra tədbir iştirakçıları Astara Heydər Əliyev Mərkəzində yerləşən KOB dostu ofisində sahibkarların qəbulu, onlara dəstək və xidmətlərin göstərilməsi üçün yaradılmış şəraitlə tanış olublar. KOB dostu ofisində “KOB könüllüləri” də fəaliyyət göstərəcəkdir.
Həmin gün KOBİA-nın nümayəndələri Biləsuvar rayonunda KOB İnkişaf Mərkəzinin (KOBİM) fəaliyyəti ilə tanış olublar. Qeyd edək ki, Masallı-Cəlilabad-Biləsuvar KOBİM ölkənin 21 şəhər və rayonunda fəaliyyət göstərən KOB inkişaf mərkəzlərindən biridir. Digər KOBİM-lərdə olduğu kimi burada da müvafiq rayonda fəaliyyət göstərən sahibkarların, startapların və biznesə yeni başlamaq istəyən şəxslərin sahibkarlıq sahəsində biliklərinin və məlumatlığının artırılması üçün təlimlər keçirilir, məsləhət və digər xidmətlər göstərilir. KOBİM-lər tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
4 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























