Bir sıra sahələr üzrə ödənişlərin nağd qaydada həyata keçirilməsi qadağan edilir
Azərbaycanda əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək.
Bununla bağlı “Əmək pensiyaları haqqında” qanununa dəyişiklik təklif edilir.
Belə ki, qanunun 37.1-ci (Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları) maddəsinə yeni məzmunda əlavə edilir.
Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək.
Bundan başqa, “Turizm haqqında” qanununa da eyni məzmunlu dəyişiklik edilir. Qanunun 9-cu (Turizm məhsulu satışının təşkili qaydaları) maddəsinə bu hissə əlavə edilir: Turagentlərə ödəmələr yalnız nağdsız qaydada həyata keçirilir.
“Sosial müavinətlər haqqında”da dəyişiklik təklif olunur. Bu qanunun 10-1.1 (Müavinətlərin ödənilməsi qaydaları) maddəsinə dəyişikliyə əsasən, nəzərdə tutulmuş müavinətlər (aylıq müavinət, dövlət qulluqçularına ömürlük müavinətyaşa görə müavinət, əlilliyə görə müavinət, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət, ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət, 3 yaşınadək uşağa qulluğa görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına müavinət, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət, 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət) tam məbləğdə və yalnız nağdsız qaydada ödənilir.
“Sosial sığorta haqqında” qanunun 14-cü (Məcburi dövlət sosial sığorta haqqı) maddəsində dəyişiklik edilir. Belə ki, indiyədək hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə nağd və ya nağdsız hesablaşma qaydasında ödənilirdisə, bundan sonra, yalnız nağd qaydada ödəniləcək.
“Məşğulluq haqqında” qanunun 21.4-cü (Sosial yardım üçün təminatlar) yalnız nağdsız qaydada həyata keçiriləcək.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
7 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
11 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
11 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
















.webp)









