Azərbaycanın mebel istehsalçısı 50-ci yük konteynerini ABŞ-a göndərdi
Azərbaycanın ən böyük mebel ixracatçısı olan Balaxanı Sənaye Parkının rezidenti “Foriella” MMC 50-ci yük konteynerini ABŞ-a göndərib.
Şirkət 2019-cu ilin iyul ayında ilk nümünə konteynerini ABŞ-a yollamışdı. Sifarişçi keyfiyyəti təsdiqləndikdən sonra noyabr ayından
ABŞ-a aktiv ixraca başlanılıb və pandemiya dövrünə kimi 10 konteyner yola salınıb. Pandemiya ilə əlaqədar ixrac müəyyən müddətə dayandırılmışdı.
Sentyabrın 5-dən “Foriella” şirkəti aktiv ixraca yenidən başlayıb və ötən müddətdə yeni bir müştəri ilə də razılaşma əldə edilib. Şirkət hər il ABŞ-a 3 min mebel dəsti göndərir.
“Foriella” MMC-nin direktoru Fərman İslamlının sözlərinə görə, ixrac potensialı böyükdür və onun artırılması istiqamətində müntəzəm işlər aparılır və bunun üçün yeni layihələrin həyata keçirilməsi planlaşdırılır. Bu layihələrin həyata keçirilməsi ixracın bir neçə dəfə artırılmasına gətirib çıxaracaq.
“Foriella” MMC istehsal fəaliyyətini Bakı şəhərində yerləşən Balaxanı Sənaye Parkında və Masallı Sənaye Məhəlləsindəki fabriklərində,
ümumilikdə 15 000 m2 istehsal sahəsində təşkil etmişdir.
Firma çox geniş çeşidli məhsul portfeli ilə Azərbaycan Respublikasında "Perla" mebel mağazaları vasitəsilə öz məhsullarını müştərilərə təqdim edir və eyni zamanda Amerika Birləşmiş Ştatları, Gürcüstan, Qazaxıstan və digər Orta Asiya ölkələrinə mebel ixrac edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
9 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
-
41 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin son qiyməti
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub



















