Coca-Cola ilə “Əsl Möcüzə” həyəcanı davam edir!
(®) Dünyanın ən sevilən içki brendi olan Coca-Cola “Əsl Möcüzə” adlı yeni marketinq konsepsiyasını istehlakçıları ilə bölüşməyə davam edir.
Yeni konsepsiyaya uyğun hazırlanmış, “Qucaqlaşma”nı ehtiva edən 3D loqo “Əsl Möcüzə”nin birlikdə keçirdiyimiz anlarda yaşandığını vurğulayır. Yeni loqo artıq Coca-Cola məhsullarında, reklam materiallarında və brendin sosial şəbəkələrdəki səhifələrində görünməyə başlayıb.
Coca-Colanın həyata keçirdiyi “Əsl Möcüzə” kampaniyası çərçivəsində www.realmagic.az saytı da istifadəyə verilib. Burada hər kəs həyatında hiss etdiyi möcüzəli anların hekayəsini digərləri ilə bölüşə bilir. Bununla da Yeni İl möcüzəsinin bir parçasına çevrilirlər. Siz də sayta daxil olub sehirli hekayənizi paylaşmaqla Coca-Colanın möcüzə şüşəsini doldura bilərsiniz. Artıq burada 180-dən çox hekayə paylaşılıb.
İnfluenserlər də bu təşəbbüsü dəstəkləyirlər. Onlar izləyicilərini hər anda sehri görməyə və həmin hekayələri paylaşmağa təşviq edirlər.
Xüsusilə, Yeni İl bayramı ərəfəsində insanların möcüzələrə inamına əsaslanan şirkət paytaxtda və bölgələrdə “Əsl Möcüzə” şüarı altında müxtəlif tədbirlər də keçirir. Artıq mağazalarda yeni konsepsiyaya uyğun vitrinlər və stendlər yerləşdirilib. Küçə reklamlarında və göydələnlərin üzərində yeni reklam posterlərini görmək olur. Bunlardan əlavə olaraq, Dənizkənarı Bulvar ərazisində, Fəvvarələr Meydanında və şəhərin digər mərkəzi hissələrində Coca-Colaya məxsus Yeni İl yolkaları və atributları insanların bayram sevincini unudulmaz edir. Məhz Coca-Colanın özünəməxsus qırmızı rəngi və Yeni İl simvolları ilə bəzənən şəhərdə əsl bayram əhval-ruhiyyəsi hiss olunur.
Həmçinin, Coca-Colanın 3D formatında yeni loqosu Gənclik Mall-da quraşdırılıb. Ziyarətçilərin böyük marağına səbəb olan loqonun ətrafında şəkil çəkdirməklə möcüzənin bir parçasına çevrilə, eyni zamanda, Coca-Coladan hədiyyələr əldə edə bilərsiniz.
Coca-Cola şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya direktoru Elşad Fərzəliyev, “Əsl Möcüzə”nin Coca-Colanın əsas mahiyyəti olan unikal və əsrarəngiz dadını əks etdirdiyini vurğulayıb: “Yeni İl bayramı Coca-Colanın reklam kampaniyalarında xüsusi yer tutur. Coca-Colanın möhtəşəm dadı bayrama möcüzə qatır. Şirkətimiz hər kəsə xoşbəxtlik və bayram sevinci gətirmək üçün fəaliyyət göstərdiyi ölkələrdə, o cümlədən, Azərbaycanda çoxsaylı tədbirlər həyata keçirir. İnsanların bundan zövq aldığını görmək məmnunedicidir. Azərbaycan xalqını Yeni İl bayramı və Həmrəylik Günü münasibəti ilə təbrik edirəm”.
Bildirək ki, “Əsl Möcüzə” bununla bitmir. Azərbaycan vətəndaşları həm virtual məkanda, həm də paytaxt Bakı və digər iri şəhərlərin küçələrində müxtəlif yaş, əqidə və dəyərləri təmsil edən insanları birləşdirəcək sehrli hadisələrin şahidi olurlar.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
-
10 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
11 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
11 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
























