Huawei şirkəti, EulerOS və HarmonyOS əməliyyat sistemlərinə investisiyaları artıracaq
Çinin Huawei şirkəti açıq mənbəli EulerOS və HarmonyOS əməliyyat sistemlərinə investisiyaları artırmaq niyyətindədir. Tərtibatçılara onların inkişafına töhfə vermək və ondan faydalanmaq imkanı yaradılacaq.
Marja xəbər verir ki, bunu Şirkətin Direktorlar Şurasının sədri Quo Pinqin bildirib.
“Biz əsas biznesimizə diqqət yetirməliyik və uzunmüddətli rəqabət qabiliyyətini qorumaq üçün strateji investisiyalar etməliyik. Rəqəmsal dünyanın proqram əsaslarını inkişaf etdirmək və insanlara yeni alternativlər təqdim etmək üçün HarmonyOS və EulerOS-a investisiyaları artıracağıq. Yalnız strateji investisiyalar vasitəsilə biz daha güclü ola və özümüz üçün gələcək qura bilərik”, - deyə o bildirib.
2019-cu ildən Huawei ABŞ-ın ona qarşı tətbiq etdiyi sanksiyalara görə güclü təzyiq altındadır. Ən son çiplərin tədarükünün dayandırılması və Amerika texnologiyalarına girişin bloklanmasından sonra şirkətin smartfonların istehsalı və satışı ilə bağlı biznesi xüsusilə ağır zərbə alıb.
2020-ci ildə Huawei-nin xalis mənfəəti 2019-cu illə müqayisədə 3,2% artaraq 64,6 milyard yuan (təxminən 10,1 milyard dollar) olub və ümumi satış gəliri illik müqayisədə 3,8% artaraq 891,4 milyard yuana (təxminən 139,4 milyard dollar) çatıb. 2021-ci ilin sonunda, Guo Ping-ə görə, şirkətin satış gəliri təxminən 634 milyard yuan (təxminən 99 milyard dollar) olmalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























