OPEC və tərəfdaşlarının qərarından sonra neft qiymətləri yüksəldi
Neftin qiyməti 80 dolları keçdiNeft İxrac Edən Ölkələr Birliyi və tərəfdaşları (OPEC+) fevralda neft hasilatının gündəlik 400 min barel artırılması planını təsdiq ediblər.
Marja xəbər verir ki, qərardan sonra neft qiymətləri yüksəlib. Brent nefti 1,6% bahalaşaraq qiyməti 80,25 dollar/barelə, ABŞ xam nefti isə 1,7% bahalaşaraq 77,35 dollar/barelə çatıb.
Rusiyanın baş nazirinin müavini Aleksandr Novak bildirib ki, koronavirusun yeni Omicron ştammı hazırda xəstəxanaya yerləşdirmə nisbətinin aşağı olması səbəbindən neft tələbinə təsir göstərmir, ona görə də OPEC+ ölkələri razılaşmanın əvvəllər qəbul edilmiş parametrlərini dəyişməmək qərarına gəliblər.
“Müşahidə və təhlillər göstərir ki, koronavirusa yoluxanların sayında böyük artıma baxmayaraq, xəstəxanaya yerləşdirilmə nisbəti kifayət qədər aşağıdır və bu, tələbatın azalmasına təsir göstərmir. Ona görə də hesab edirik ki, hasilatın artırılması çərçivəsində OPEC+-ın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdə davam etmək lazımdır”.
Rusiya Federasiyası baş nazirinin müavininin sözlərinə görə, görüşdə nazirlər sövdələşmənin icra səviyyəsini də müzakirə ediblər: “Ötən ilin noyabrında bu, 122% olmaqla tarixi səviyyədə idi, yəni gözləniləndən yüksək idi. Bu yaxşı göstəricidir"
Çərşənbə axşamı OPEC+ nazirlərinin konfransı yarım saat ərzində başa çatıb. Sazişin tərəfləri olan ölkələr fevral ayında neft hasilatının sutkada 400 min barel artırılmasını təsdiqləyiblər. Monitorinq komitəsinin rəyinə görə, hazırda neft bazarı balanslaşmış vəziyyətdədir. Eyni zamanda, onlar 2022-ci ilin birinci rübündən sonra bazarın profisitə doğru dəyişməyə başlayacağını və neft ehtiyatlarının artacağını gözləyirlər.
OPEC+ ölkələri hasilatı fevralda, 2020-ci ilin may ayında olduğu kimi sutkada 9,5 milyon yox, cəmi 2,959 milyon barel azaldacaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























