Qazaxıstanda etirazlar fonunda neftin qiyməti artıb
Əmtəə birjalarında xam neftin fyuçersləri Qazaxıstanda etirazlar fonunda bahalaşıb.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 08:30-da Brent nefti 2,2% bahalaşma ilə 81,54 dollardan, ABŞ xam nefti (WTI) isə 2,9% bahalaşma ilə 80,04 dollardan ticarət olunub.
Neft qiymətləri ötən ilin oktyabr-noyabr aylarının göstəricilərinə yaxınlaşıb.
Qazaxıstandakı "Tengiz-Chevroil" (TCO) müştərək neft şirkətinin təsisçilərindən biri olan "Chevron" bildirib ki, Tengiz yatağının bəzi əməkdaşları ölkə boyu keçirilən etiraz aksiyalarına qoşulublar.
Yanvarın 2-də Qazaxıstanın bir sıra şəhərlərində etiraz aksiyaları başlayıb. Daha sonra digər şəhərlərə yayılıb, yanvarın 5-də isə talan və dövlət qurumlarına hücumlarla müşayiət olunan iğtişaşlara çevrilib. Nəticədə mindən çox insan yaralanıb, ölənlər var. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yardım üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edib. Sülhməramlıların ilk bölmələri artıq Qazaxıstanda öz missiyasını yerinə yetirməyə başlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























