Bakıda yeni BMW iX elektromobili təqdim edildi - FOTOLAR
5 saniyə ərzində krossover 0 km/saat-dan 100 km/saat-dək sürət yığır, bir dəfə enerji yığmaqla yürüş ehtiyatı isə 600 km-dan çoxdur(®) 12 yanvar tarixində “Improtex Motors” şirkəti “Elektra Hall”da yeni BMW iX krossoverinin təqdimatını keçirib.
BMW iX – BMW Group-un yeni texnoloji flaqmanıdır. O, konsernin elektrik avtomobillərinin gələcəyini müəyyən edən innovativ komponent bazası üzərində qurulub.
Yeni BMW iX-in dizaynı gələcəyin dəbdəbə anlayışının təcəssümüdür. Xırdalıqlara göstərilən diqqət və qüsursuz ban xətləri – müasir BMW avtomobili məhz belə olmalıdır.
Dizayn aksentləri BMW iX-in ekoloji təmiz konsepsiyasını kəskin şəkildə ifadə edir. Lazer texnologiyasının istifadə edilməsi ilə istehsal olunmuş nəzərə çarpan BMW radiator qəfəsi sürücüyə yardım məqsədilə nəzərdə tutulmuş qabaqcıl sistemlər üçün quraşdırılmış kameraları və radarı olan intellektual panel qismində çıxış edir.
Elektroxrom tündləşdiriciyə malik opsional BMW iX panorama damı BMW Group-un seriyalarla istehsal olunan avtomobillərində mövcud olan ən böyük şüşəli səthdir. Bütöv konstruksiya köndələn dayaqlarla örtülü deyil və heç bir şeylə müqayisə edilməyəcək genişlik hissi verir.
Dəbdəbəli BMW iX mərkəzi konsolu əsl sənət əsəridir. O, yeni sürət ötürmə selektoru və sensorlu idarəetməsi, habelə, işıqlandırması olan iDrive şəffaf kontrollerlə tamamlanır.
Yeni nəsil proyeksiya displeyi BMW iX kokpitinin əhəmiyyətli hissəsini təşkil edir. Çərçivəsiz konstruksiya displeyin proyektorunu sürücünün gözlərindən gizlədir. İdarəetmə haqqında əsas məlumatlar, məsələn, avtomobilin sürəti, diaqnostika sisteminin bildirişləri, elektron assistentlərin xəbərdarlıqları, marşrut təlimatları və multimedia kontenti qabaq şüşəyə çıxarılır.
Qeyd etmək lazımdır ki, salonun işlənməsində istifadə olunan materiallar BMW Group laboratoriyasında sınaqlardan keçirilir. Potensial təmas yerlərində nikel kimi potensial allergen materiallardan istifadə olunmayıb.
İstehsalatın ilk vaxtlarında yeni krossoverin iki modifikasiyası – BMW iX xDrive40 və BMW iX xDrive50 mövcud olacaq. BMW iX xDrive40 versiyasının gücü 300 at gücündən çox təşkil edir. Təxminən 6 saniyə ərzində krossover 0 km/saat-dan 100 km/saat-dək sürət yığır, bir dəfə enerji yığmaqla yürüş ehtiyatı isə 400 km-dan çoxdur (WLTP sınaq standartına uyğun olaraq). BMW iX xDrive50 gücü 500 at gücündən çox olan, mükəmməl dinamik göstəriciləri (5 saniyədən az müddət ərzində 0 km/saat-dan 100 km/saat-dək) təmin edən güc qurğusu ilə təchiz olunub. Yürüş ehtiyatı 600 km-dən çox təşkil edir. Beşinci nəsil BMW eDrive komponent bazasına elektrik mühərriklər, transmissiya, güc elektronikası, sürətli enerjiyığma texnologiyası və yüksəkvoltlu batareya daxildir. Güc qurğusunun FİƏ-si sadəcə əvvəlki nəsildən olan elektrik mühərriklərin effektivlik dərəcəsindən 30% yüksək deyil, həmçinin, rəqiblərdəki göstəriciləri üstələyir.
BMW iX xDrive40 modifikasiyasında batareyanın tutumu 70 kVt⋅saat-dan çoxdur, enerjiyığma gücü limiti isə 150 kVt-a çatır. BMW iX xDrive50-nin batareyasının enerji tutumu 100 kVt⋅saat-dan çox, maksimal enerjiyığma gücü isə – 200 kVt təşkil edir. Sürətli enerjiyığma stansiyalarında yeni BMW iX sabit cərəyanla cəmi 40 dəqiqə ərzində batareyanı 10%-dən 80%-dək doldura bilir. Sürətli enerjiyığma terminalı vasitəsilə on dəqiqəlik enerjiyığma BMW iX xDrive40-ın yürüş ehtiyatını 90 km, BMW iX xDrive50 versiyasının yürüş ehtiyatını isə 120 km artıracaq.Yeni BMW iDrive fiziki düymə və ötürücülərin sayını minimuma endirməyə imkan vermişdir.
Məlumatlar ekranlara «Act, Locate and Inform» prinsipi ilə çıxarılır. Məlumatlar BMW Curved Display paneli və proyeksiya displeyi arasında optimal şəkildə bölüşdürülüb. Əsas olan hər şey sürücünün gözləri önündədir, daha ətraflı məlumatları isə multimedia displeyində əldə etmək mümkündür.Yeni BMW iX-in texnoloji platforması müstəqil idarəetmə və rəqəmsal servislər sahəsində yeni imkanlar təqdim edir. Verilənlərin işlənməsi üzrə son dərəcə yüksək hesablama gücü, qabaqcıl vericilər və 5G məlumat ötürmə texnologiyası müstəqil hərəkət sistemlərinin, habelə, avtomatik rejimdə parketmənin inkişafı üçün əsas təşkil edir.
BMW iX - BMW Group-un dayanıqlı inkişaf konsepsiyasına sadiq qaldığını sübut edir. Bütün dəyərin formalaşdırılması zənciri boyunca resursların məsuliyyətlə istifadə edilməsi, hər istehsalat mərhələsində atılan CO2 miqdarının minimuma endirilməsi – BMW iX həyat siklinin lap əvvəlindən təbiətin qeydinə qalır. Dinqolfinqdəki BMW Group zavodunda avtomobil və akkumulyator elementləri istehsalı zamanı yalnız ekoloji baxımdan təmiz enerji, habelə, günəş enerjisinin istifadə edilməsi ilə hazırlanmış alüminium istifadə olunur.
“Improtex Motors” haqqında:
“Improtex” Şirkətlər Qrupunun tərkib hissələrindən biri “Improtex Motors” MMM-dir. Əsas fəaliyyəti premium sinfli avtomobilləri ilə bağlı olan “Improtex Motors” MMM 1998-ci ildə yaradılaraq, peşəkar və keyfiyyətli işi sayəsində ölkənin avtomobil bazarında ən etibarlı və hörmətli tərəfdaş adını qazanmışdır. “Improtex Motors” şirkəti BMW, “Rolls-Royce Motor Cars”, BMW i, “MINI”, və “YAMAHA” motosikllərinin rəsmi idxalçısıdır və qeyd edilən brendlərin yeni model sırasını Azərbaycan avtomobil bazarında layiqincə təqdim edir. Hazırda, şirkətin yeni avadanlıqlarla təchiz olunan və bütün müasir standartlara tam cavab verən 3 sərgi-satış salonu və 2 servis mərkəzi vardır.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 14 saat əvvəl
-
- 15 saat əvvəl
-
16 saat əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
1 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 1 gün əvvəl
-
1 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
1 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb








.jpg)










