Tayvanın yarımkeçirici istehsalçısı TSMC dördüncü rübdə 6 milyard dollar qazanıb
Dünyanın ən böyük yarımkeçirici şirkətinin - Tayvan nəhəngi TSMC-nin (Taiwan Semiconductor Manufacturing Company) xalis mənfəəti ötən ilin dördüncü rübündə 6 milyard dollar təşkil edib.
Marja xəbər verir ki, Şirkətin cümə axşamı dərc olunan maliyyə hesabatına əsasən, illik ifadədə bu göstərici 16,4%, rüblük ifadədə isə 6,4% artıb.
Oktyabrdan dekabr ayına qədər olan müddətdə satışlar ekspertlərin proqnozlarını üstələyərək 15,74 milyard dollara (illik 21,2 faiz artım) çatıb.
Səhmbaşına mənfəət (EPS) illik müqayisədə 16,4% artaraq 6,41 Tayvan dolları (0,23 ABŞ dolları) təşkil edib.
TSMC-nin vitse-prezidenti və baş maliyyə direktoru Wendell Huang, "Dördüncü rübdəki biznesimiz sənayedə aparıcı 5 nanometr texnologiyamıza güclü tələbatla dəstəkləndi" deyib.
Baş ofisi Hsinchu Elm Parkında yerləşən bu korporasiya 1987-ci ildən yarımkeçirici məhsulların inkişafı və istehsalı ilə məşğuldur. Hazırda şirkətdə dünya üzrə 56 mindən çox işçi çalışır. TSMC-nin ABŞ, Avropa, Yaponiya, materik Çin və Koreya Respublikasında ofisləri var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























