Gözlərdəki sarı ləkə xəstəliyinin səbəblərindən biri: Siqaret!
Gözlərdə torlu qişa xəstəlikləri (Retina) üzrə peşəkar Türkiyəli həkim Mahmut Öztürk 17-22 yanvar tarixlərində Dünyagöz Bakı xəstəxanasında olacaq.
(®) Siqaretin xərçəngdən tutmuş tənəffüs problemlərinə qədər bir çox xəstəliyin səbəblərindən biri olduğunu bilməyən yoxdur. Amma çoxlarımız bilmirik ki, sarı ləkə xəstəliyin trigerlərindən biridir! Dünyagöz Xəstəxanalar qrupu Torlu Qişa xəstəlikləri (Retina) üzrə şöbə müdiri Op. Dr. Mahmut Öztürk sarı ləkə ilə siqaret çəkmə vərdişi arasındakı əlaqədən danışır.
Gündəlik həyatda iş tempi, hava çirkliliyi və stress kimi bir çox faktor gözlərimizi təhdid edə bilər. Xüsusilə yaşa dolduqca müşahidə olunan sarı ləkə xəstəliyinə siqaret istifadəsi böyük təsir göstərir. Dünyagöz Ataköydən Op. Dr. Mahmut Öztürk bu xəstəliyi və səbəblərini belə izah edir: “Xalq arasında sarı ləkə kimi tanınan makula degenerasiyası torlu qişada rast gəlinən bir xəstəlikdir. Daha çox yaşlı xəstələrdə rast gəlinir və vaxtında diaqnoz qoyulmazsa və müdaxilə olunmazsa, ciddi görmə itkisinə səbəb ola bilər. Pəhriz, irsi faktorlar və yüksək təzyiq kimi faktorlarla yanaşı, siqaret də bu xəstəliyə səbəb olan ən böyük faktorlardan biridir.
Görmə itkisi, əşyaları qırıq və ya əyri görmə, gözlərin qaralması və rənginin dəyişməsi kimi simptomları olan makula degenerasiyasının qarşısını almaq üçün siqaretdən imtina edilməlidir!"
Op. Dr. Mahmut Öztürk yaşa bağlı olan dəyişikliklərin və irsi faktorların qarşısının alınmasının mümkün olmasını bildirsə də, vərdişlərin dəyişməsinin isə böyük fərq yarada biləcəyini vurğulayır: “Göz sağlamlığının qorunmasında sağlam qidalanma və siqareti tərgitməyin böyük əhəmiyyəti var. Qidalanma baxımından xolesterolu yüksək olan qidalardan uzaq durmaq, tərəvəz və meyvələrlə zəngin pəhrizdən istifadə etmək xəstəliyin qarşısının alınmasında ciddi fayda verəcək".
Sarı ləkə xəstəliyinin müalicəsində vitamin əlavəsinin əhəmiyyətinə diqqət çəkən Op. Dr. Mahmut Öztürk bildirir ki, profilaktik müalicədə antioksidant olan A, C, E vitaminləri ilə yanaşı, lutein və sink də istifadə olunur.
Dünyagöz Xəstəxanalar qrupu Torlu Qişa xəstəlikləri (Retina) üzrə şöbə müdiri Op. Dr. Mahmut Öztürk 17-22 yanvar tarixlərində Dünyagöz Bakı xəstəxanasında olacaq.
Ünvan: Bakı,Səbayıl rayonu, Mikayıl Hüseynov küçəsi 39
Telefon: 012 404 44 69
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 9 d. əvvəl
-
12 saat əvvəl
Azərbaycanın alüminium nəhəngi maliyyə göstəricilərini açıqladı - mənfəəti 5,7 dəfə artıb
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
13 saat əvvəl
Əhali tərəfindən Azərbaycana 1.4 milyard dollarlıq məhsul idxal edilib
-
13 saat əvvəl
Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
-
13 saat əvvəl
Mahmud Abbas: HAMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdırlar
- 13 saat əvvəl
-
14 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakı Fond Birjasından "FINCA Azerbaijan"ın istiqrazları ilə bağlı qərar
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər

Bosch 13 min işçisini ixtisar edəcək

Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ

Unibank Xankəndidə sahibkarlar üçün təqdimat edib

Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq
Ən çox oxunanlar

"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb

“E-qanun.ai” platformasının təqdimat mərasimi keçirilib

Temperatur enəcək, yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ
