Çin Mərkəzi Bankı pandemiyanın başlanğıcından bəri ilk dəfə əsas faiz dərəcəsini endirib
ABŞ Mərkəzi Bankı (Fed) aktiv alışlarını azaldıb faiz dərəcələrini artırmağa hazırlaşarkən, Çin monetar yumşaldmağa doğru irəliləyir, pulunu ucuzlaşdırır və zəifləyən iqtisadi artımı dəstəkləmək üçün likvidlik təmin edir.
Marja xəbər verir ki, bazar ertəsi günü, 2020-ci ilin aprelindən bəri ilk dəfə olaraq, Çin Xalq Bankı (PBOC) banklar üçün illik kreditlər üzrə dərəcəsini 10 baza bəndi azaldaraq illik 2,85%-ə, həftəlik repo əməliyyatları üzrə isə eyni məbləğdə azaldaraq illik 2,1%-ə endirib.
Çin tənzimləyicisi iri developerlərin çöküşü və iqtisadiyyatın yavaşlaması nəticəsində təzyiq altında olan bank sisteminə irimiqyaslı likvidlik yeridilməsi praktikasına qayıdıb.
Bazar ertəsi PBOC banklara 700 milyard yuan ortamüddətli kredit verib, 500 milyard geri qaytarılıb. Beləliklə, bir gündə 200 milyard yuan və ya 31 milyard dollar sistemə daxil olub.
“MBK borclanma xərclərini azaltmaq və kredit təklifini stimullaşdırmaq üçün siyasətin yumşaldılmasına keçidi sürətləndirir. Bu addım Çin iqtisadiyyatının zəif olduğunu göstərir”, - deyə "Guosheng Securities"in analitiki Yewei Yang bildirib.
Bazar ertəsi açıqlanan statistika göstərdi ki, dördüncü rübdə dünyanın ikinci ən böyük iqtisadiyyatında ÜDM artımı bir rüb əvvəlki 4.9%-dən 4%-ə qədər yavaşlayıb, pərakəndə satışlar isə 1.7% artıb, bu da - proqnozunun (3.8%) yarısıdır.
İlin sonunda ixrac və idxal 21 faiz, sənaye istehsalı isə 9,6 faiz artsa da, kapital qoyuluşlarının həcmi cəmi 4,9 faiz artıb, infrastruktura investisiyaların artımı isə cüzi 0,4 faiz təşkil edib.
ING-nin iqtisadçısı İris Pang deyib ki, Çin iqtisadiyyatı ABŞ-la yenidən ticarət müharibəsi təhlükəsi altındadır: "Tramp administrasiyası ilə müqavilənin müddəti 2021-ci ilin noyabrında başa çatıb və heç bir tərəf onun şərtlərinə əməl etməyib.
Mərkəzi Bankın uçot dərəcəsinin azaldılması iqtisadi artımı dəstəkləmək məqsədi daşıyır, lakin FED ilə monetar siyasətdə fikir ayrılığını nəzərə alsaq, bunun yuana təzyiq göstərməsi ehtimalı var".
Çin valyutası 2020-ci ildə 6,5%, 2021-ci ildə isə daha 2,% dəyər qazanaraq 2018-ci ildə ticarət müharibəsinin başlamasından bəri yeni zirvələrə çatıb. Pang proqnozlaşdırır ki, yuan ilin sonuna kimi 6,5-ə qədər ucuzlaşacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























