Gecə neft daha da bahalaşıb - 2014-DƏN BƏRİ İLK
ICE birjasında Brent markalı neftin qiyməti 2014-cü ildən bəri ilk dəfə 87 dollar/barelə çatıb.Dünyada neft istehlakının artması ilə qiymətlər yüksəlir.
Marja xəbər verir ki, Brent neftinin qiyməti 87 dolları da keçib.
Bakı vaxtı ilə saat 08:00-da Brent nefti 1,3% bahalaşma ilə 87,21 dollardan, ABŞ xam nefti (WTI) isə 1,4% bahalaşma ilə 85,01 dollardan ticarət olunub.
Bugün Brent neftinin qiyməti 87,55 dolları da görüb.
Qeyd edək ki, sonuncu dəfə Brent 2014-cü ilin oktyabrında bir barel üçün 87 dollara çatmışdı.
Ekspertlərin neftlə bağlı ötən ildən artan artım gözləntisi davam edir. Omikronun yoluxma sürətinə baxmayaraq, neft son 4 həftəni istehlakın güclü qalması ilə müsbətdə bağlayıb. Digər tərəfdən, dünyanın ən böyük istehsalçı ölkələrinin hasilatı artırmaqda çətinlikləri də qiymətlərin yüksəlməsinə səbəb olur.
Bu il 12% bahalaşaraq 87 dolları keçən Brent nefti, keçən ildən bu yana ümumi artımını 50 faizə yüksəldib.
Dünyanın ən böyük müstəqil neft ticarəti şirkəti "Vitol Group" hesab edir ki, 2022-ci ildə artıq 12 faiz artmış neft qiymətləri kifayət qədər təchizat (təklif) olmadığı üçün daha da yüksələ bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























