Neft təchizatı çatışmazlığı qiymətləri daha da artıra bilər
Dünyanın ən böyük müstəqil neft ticarəti şirkəti hesab edir ki, 2022-ci ildə artıq 12 faiz artmış neft qiymətləri kifayət qədər təchizat olmadığı üçün daha da yüksələ bilər.
Marja xəbər verir ki, ekspertlərin neftlə bağlı ötən ildən artan artım gözləntisi davam edir. Omikronun yoluxma sürətinə baxmayaraq, neft son 4 həftəni istehlakın güclü qalması ilə müsbətdə bağlayıb. Digər tərəfdən, dünyanın ən böyük istehsalçı ölkələrinin hasilatı artırmaqda çətinlikləri də qiymətlərin artmasına səbəb olur.
Bu il 12% bahalaşaraq 87 dolları keçən Brent nefti, keçən ildən bu yana ümumi artımını 50 faizə yüksəldib.
"Bu qiymətlər olduqca ədalətlidir" - deyən "Vitol Group"un Asiya üzrə meneceri Mike Muller, mövcud vəziyyətdə qısamüddətli müqavilələrin uzunmüddətli müqavilələrdən daha bahalı olmasının ağlabatan olduğunu deyib.
Müllerin sözlərinə görə, təbii qaz qiymətlərinin çatdığı səviyyə Pakistan və Avropada sənaye istifadəçilərinin istehlakını azaltsa da, neft bazarı hələ o həddə çatmayıb.
Dubayda yerləşən "Gulf Intelligence" tərəfindən təşkil edilən bir vebinarda danışan Muller, təbii qazdakı mövcud vəziyyətin "istehlakçıların bahalı enerjini bir noqtəyə qədər istifadə edəcəklərini xatırladır" şərhini edib və "Əsl sual neft bazarında bu təsirin nə vaxt işə düşəcəyidir" deyib.
Ağ Evin böyük ehtimalla noyabr ayında açıqladığı, Strateji Neft Ehtiyatlarından satışa çıxaracağı 50 milyon barreli artıracağını bildirən Müller, Co Baydenin bu addımı atarkən benzin qiymətlərindəki artımı dayandırmağı hədəflədiyini, lakin qiymətlərin son 7 ilin zirvəsinə çatdığını söyləyib.
Çinin Covid-19-a sıfır tolerantlıq siyasətinə toxunan Müller, bu təcrübənin ölkədə böyük bir epidemiyanın qarşısını alacağını, buna görə də neft istehlakında ciddi azalma gözləmədiklərini bildirib.
"Biz Çində tələblə bağlı problem görmək fikrindən uzağıq" deyən Müller, "Məlumatlar hələ də proqnozun yaxşı olduğunu göstərir",- bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























