ABŞ neftin qiymətinin artması ilə bağlı vəziyyəti izləməyə davam edir
ABŞ hakimiyyəti neft qiymətləri ilə bağlı vəziyyəti izləməyə davam edir və lazım gəldikdə OPEC+ ölkələri ilə qarşılıqlı əlaqədə olacaq.
Marja xəbər verir ki, bu barədə çərşənbə axşamı Reuters agentliyinə istinadən Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Emili Horn bildirib.
“Biz qlobal iqtisadi artım kontekstində qiymətləri izləməyə davam edirik və lazım gəldikdə OPEC+ tərəfdaşlarımızla əlaqə saxlayacağıq”.
“Biz istehsalçı ölkələr və istehlakçı ölkələrlə işləməyə davam edirik və bu addımlar qiymətlərə real təsir göstərib. Nəhayət, qiymət məsələləri ilə məşğul olmaq üçün hələ də alətlərimiz var”, - deyə Horn əlavə edib.
Yanvarın 18-də Londonun ICE birjasında Brent markalı neftin fyuçerslərinin qiyməti 2014-cü ilin oktyabrından bəri ilk dəfə bir barel üçün 89 dolları ötüb.
Ötən ilin noyabrında ABŞ prezidenti Co Bayden ölkənin strateji ehtiyatlarından 50 milyon barel neftdən istifadə etmək qərarına gəlib. Ağ Ev qeyd etmişdi ki, bu, amerikalılar üçün yanacağın qiymətlərini aşağı salmaq və pandemiyadan sonra qlobal bazarda tələb və təklifi sabitləşdirmək məqsədilə edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























