Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 4%-dən çox artırıb
Azərbaycanın valyuta ehtiyatları bu il yanvarın 1-nə 52 milyard 100,5 milyon ABŞ dolları təşkil edib.
Bunun 86,4%-i və yaxud 45 milyard 25,1 milyon dolları Dövlət Neft Fondunun (ARDNF), 13,6 %-i və yaxud 7 milyard 75,4 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Ötən ilin IV rübündə ölkənin valyuta ehtiyatları 840,3 milyon dollar və yaxud 1,6 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 798,7 milyon dollar və yaxud 1,8 %, AMB-nin valyuta ehtiyatlarında isə 41,6 milyon dollar və yaxud 0,6 % artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 2 166,8 milyon dollar və yaxud 4,3% artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 1 460,8 milyon dollar və yaxud 3,4 %, AMB-nin valyuta ehtiyatları isə 706 milyon dollar və yaxud 11,1 % artım nümayiş etdirib.
ARDNF-in valyuta ehtiyatları (milyon ABŞ dolları) | AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) | Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları) | |
01.01.2022 | 45 025,1 | 7 075,4 | 52 100,5 |
01.10.2021 | 44 226,4 | 7 033,8 | 51 260,2 |
01.07.2021 | 44 104,9 | 6 455,3 | 50 560,2 |
01.04.2021 | 42 761,3 | 6 356,2 | 49 117,5 |
01.01.2021 | 43 564,3 | 6 369,4 | 49 933,7 |
Telegramda Marja.az səhifəsinə abunə olun
© Report
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 22 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı







.jpg)





.jpg)








