"Microsoft" dünyanın ən böyük oyun istehsalçılarından birini 69 milyard dollara satın alır
"Microsoft", oyun tərtibatçısı "Activision Blizzard"ı təxminən 69 milyard dollara satın alırAmerikanın "Microsoft" korporasiyası dünyanın ən böyük oyun istehsalçılarından biri olan "Activision Blizzard Inc" şirkətini alır. Əməliyyatın məbləği 68,7 milyard dollar olacaq.
Marja xəbər verir ki. bBu barədə çərşənbə axşamı "Microsoft"un mətbuat xidməti məlumat yayıb.
“Microsoft" "Activision Blizzard"ı 68,7 milyard dollar dəyərində sövdələşmə ilə alacaq”, - deyə məlumatda bildirilir.
Şirkət qeyd edib ki, 2023-cü ilə planlaşdırılan əməliyyat başa çatdıqdan sonra "Microsoft" "Tencent" və "Sony"dən sonra gəlir baxımından dünyanın üçüncü ən böyük şirkəti olacaq.
"Activision Blizzard"ın Baş direktoru Bobby Kotick vəzifəsində qalacaq.
"Microsoft" qeyd edib ki, oyun istehsalçısı olan "Activision Blizzard"populyar mobil əlavənin yaradılmasında uğurlu təcrübəyə malikdir: puzzle oyunu "Candy Crush" yarandığı gündən istifadəçilər tərəfindən 2,5 milyard dəfədən çox yüklənib.
Əməliyyat haqqında məlumatın açıqlanmasından sonra "Activision Blizzard"ın NASDAQ elektron birjasında kotirovkaları 30%-dən çox artıb, bir səhmin qiyməti bir gün əvvəl 64 dollara qarşı 90 dolları ötüb.
"Activision Blizzard" şirkəti "World of Warcraft", "Call of Duty", "Diablo" , "Guitar Hero" oyunlarını yaradan aparıcı şirkətlərdən biridir.
"Activision Blizzard"ı satın alan "Microsoft", uzun müddətdir rəqibi olan "Sony" ilə video oyun bazarında hökmranlıq uğrunda mübarizə aparır. Aparıcı tərtibatçılardan birinin alınması bu qarşıdurmada "Microsoft"un mövqeyini xeyli gücləndirə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)




