Rusiya və İran 2021-ci ildə 3,3 milyard dollarlıq yeni rekord ticarət dövriyyəsinə çatıb
Rusiya və İran arasında ticarət dövriyyəsi 2021-ci ildə yeni rekord həddə çataraq 3,3 milyard dolları ötüb.
Marja xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak İranın neft naziri Cavad Oudci ilə görüşündən sonra bildirib.
Həmçinin Aleksandr Novak qeyd edib ki, koronavirus infeksiyası ilə mübarizə sahəsində də ölkələr arasında əməkdaşlıq inkişaf edir - Rusiyanın Sputnik V peyvəndinin İranda birgə istehsalı qurulub.
“Artıq enerji sektorunda və iqtisadiyyatın digər sahələrində bir sıra iri layihələr həyata keçirilir, perspektivli layihələr var ki, onların üzərində işləmək lazımdır. Biz həmçinin OPEC+ sazişi çərçivəsində və Qaz İxrac edən Ölkələrin Forumu çərçivəsində çoxtərəfli formatlarda uğurla qarşılıqlı fəaliyyət göstəririk”, - deyə baş nazirin müavini vurğulayıb.
Aleksandr Novakın sözlərinə görə, biznes səviyyəsində ikitərəfli işgüzar əməkdaşlığın optimallaşdırılmasını daha da təşviq etmək lazımdır.
“İnzibati maneələrin azaldılmasını davam etdirmək, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasına şərait yaratmaq lazımdır”, - deyə o əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
23 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 19 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 4 saat əvvəl
-
17 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
19 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























