Ərəb şeyxləri türk lirəsini xilas etmək qərarına gəliblər
Türkiyə hakimiyyəti ötən il son 20 ildə rekord məbləğdə çökən milli valyuta bazarını dəstəkləmək üçün xaricdən milyardlarla dollar borc götürmək praktikasını davam etdirir.
Marja Bloomberg-ə istinadən xəbər verir ki, Türkiyə Mərkəzi Bankı tükənmiş ehtiyatlarını bir qədər bərpa etmək üçün Birləşmiş Ərəb Əmirliklərindən 4,9 milyard dollarlıq svop xəttini cəlb etməyə razılaşıb.
Üç il üçün nəzərdə tutulan sövdələşmə Türkiyə Mərkəzi Bankına ötən il dollar qarşısında dəyərinin yarıdan çoxunu itirən lirəni daha bir neçə ay dəstəkləməyə imkan verəcək.
Dekabrda Dolların qiyməti 18,3 lirəyədək yüksəlmişdi. Daha sonra lirə çöküşün bir hissəsini geri qazanıb və 19 yanvarda Bakı vaxtı ilə saat 17.03-də bir dollar 13.59 lirədən əməliyyat olunub. Lirənin nisbi bahalaşmasına Prezident Rəcəb Tayyib Ərdoğanın yeni planı səbəb olub. Plana görə, Dolların məzənnəsinin artımı bankların ödədiyi faizdən artıq olduğu halda, Türk Lirəsi əmanətçilərinə hökumət kompensasiya ödəyəcək.
Yanvarın 7-nə Türkiyə Mərkəzi Bankının sərəncamında 110 milyard dollar ehtiyatı var idi. Bu məbləğə kommersiya banklarından tənzimləyici orqanın hesablarında yerləşdirilmiş vəsaitlər, habelə kreditlə alınan xarici valyuta daxildir. Bu vəsaitləri çıxsaq, Türkiyə Mərkəzi Bankının ümumiyyətlə ehtiyatı yoxdur: ehtiyatların xalis məbləği dekabrın ortalarında sıfırdan aşağı düşüb və hazırda mənfi zonadadır.
Lirəni dəstəkləmək üçün xaricdə pul axtarmaq Türkiyə hakimiyyəti üçün normaya çevrilib. Daha əvvəl Çindən 6 milyard dollar cəlb edən Türkiyə Mərkəzi Bankı sonra Cənubi Koreya ilə 2 milyard dollarlıq valyuta mübadiləsi sazişi (svop) imzalayıb. Qətər 15 milyard dollarlıq svop xətti ilə ən böyük kreditor olaraq qalır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)






