Bayden müharibə olacağı təqdirdə Rusiyanı dollardan məhrum edəcəyini vəd edib
ABŞ prezidenti Co Bayden cümə axşamı Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib ki, Ukraynaya müdaxilə Rusiya üçün fəlakət olacaq.
Marja xəbər verir ki, onun sözlərinə görə, o, Rusiya prezidenti Vladimir Putinə söz verib ki, müharibə onun “əvvəllər heç vaxt görmədiyi” sanksiyalarla nəticələnəcək.
“Rusiyanın Ukrayna üzərində hərbi baxımdan “həddindən artıq üstünlüyə” malik olduğunu deyən Bayden, müharibənin baş verəcəyi təqdirdə, güzəşt olmayacağını söyləyib. ABŞ Kiyevə 600 milyon dollar dəyərində qabaqcıl silahlar göndərib. .
Onun sözlərinə görə, ABŞ və müttəfiqləri Rusiyaya qarşı Rusiya iqtisadiyyatına “zərər verəcək” ciddi sanksiyalar tətbiq etməyə hazırdırlar.
“Rusiya bankları dollarla əməliyyatlar apara bilməyəcək”, - Bayden bildirib. Bundan əlavə, ABŞ şərq cinahda hərbi mövcudluğunu artıracaq.
Avropalıların Rusiyadan neft və qaz tədarükü ilə bağlı narahatlığına gəlincə, Rusiya da bu satışlardan heç də az asılı deyil. "Onların bundan qazandıqları pul iqtisadiyyatlarının 45%-ni təmin edir",- Bayden deyib.
ABŞ prezidentinin sözlərinə görə, Rusiya ilə təhlükəsizlik məsələlərinə dair üç görüş heç bir nəticə verməyib. “Putinin seçimi var – diplomatiya və deeskalasiya, ya da müharibə və nəticələr”, - o əlavə edib.
Rusiya Federasiyası Mərkəzi Bankının məlumatına görə, ötən il Rusiya neft, qaz və neft məhsullarının ixracından 240 milyard dollar əldə edib. Bu, ölkənin bütün xarici valyuta gəlirlərinin 49%-inə bərabərdir.
ABŞ Energetika Nazirliyinin məlumatına görə, Rusiya neft ixracının 48%-ni, qaz ixracının 72%-ni Avropaya gedir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























