Rusiyanın xarici borcu 11 milyard dollar artaraq 478,2 milyard dollara çatıb
2022-ci il yanvarın 1-nə Rusiyanın xarici borcu 478,2 milyard dollar təşkil edib ki, bu da 2021-ci ilin əvvəli ilə müqayisədə 2,37% (və ya 11 milyard dollar) çoxdur.
Marja xəbər verir ki, bu barədə Rusiya Federasiyası Mərkəzi Bankının materiallarında bildirilir.
Eyni zamanda, tənzimləyici qeyd edib ki, qeyri-rezidentlərin suveren qiymətli kağızlara investisiyalarının azalması nəticəsində 2021-ci il üçün dövlət orqanlarının xarici borcu 2,5 milyard dollar azalıb.
Hesabatda qeyd olunur ki, Mərkəzi Bankın borcunun 21,2 milyard dollar artması əsasən SDR-lərin (Beynəlxalq Valyuta Fondunun daxili hesablaşma vasitələri) Rusiya Federasiyasının xeyrinə bölüşdürülməsi ilə bağlıdır.
“İlin əvvəlindən bankların xarici borcu 7,7 milyard dollar artıb ki, bu da əsasən banklararası əməliyyatlar çərçivəsində qeyri-rezidentlərdən vəsaitlərin cəlb edilməsi hesabınadır. Digər sektorların xarici borc öhdəlikləri kreditlər şəklində xarici borcun, o cümlədən birbaşa investisiya münasibətləri çərçivəsində cəlb edilən vəsaitlərin azalması hesabına 15,3 milyard dollar azalıb”, - tənzimləyici qeyd edib.
Rusiya Federasiyasının beynəlxalq ehtiyatları yanvarın 14-nə əvvəlki həftə ilə müqayisədə 1,2% artaraq rekord həddə - 638,2 milyard dollara çatıb. Bundan əvvəlki rekord - 630,6 milyard dollar dekabrın 31-də qeydə alınıb. Son bir ildə ölkənin beynəlxalq ehtiyatları 5,9% artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
23 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 19 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 4 saat əvvəl
-
17 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
19 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















