“Nar” Azərbaycan çempionu tituluna sahib oldu
(®) “Nar” komandası bütün rəqiblərini geridə qoyaraq “Breyn Rinq” üzrə 2021-cu ilin Azərbaycan çempionu tituluna sahib olub. Azərbaycannın 6 universitet və 6 region komandası da daxil olmaqla 16 komanda 4 ay boyunca gərgin mübarizə aparıb. Finalda “Nar” komandası “Bilik” kubokunun sahibi “Bridge” komandası ilə qarşılaşıb və ilin qalib olub.
“Azerfon”un Baş icraçı direktoru Qunnar Panke qalib “Nar” komandasının üzvləri ilə görüşub və onları təbrik edib: “Nar” komandasının mütləq çempion olaraq xüsusi seçilməsi sizin əzminiz, savadınız və cəld düşünmə qabiliyyətiniz sayəsində olub. Belə savadlı gənclərin nailiyyətləri bizi sevindirir və uğurlarınızın davamlı olmasını diləyirəm”.
Qeyd edək ki, “Breyn Rinq” bilik yarışı “Nar”ın korporativ sosial məsuliyyət strategiyası çərçivəsində elm və təhsilə dəstək layihələrindən biridir. Mobil operator artıq 9 ildir ki, “Breyn Rinq” intellektual oyununa dəstək olur. “Nar”ın sosial layihələri haqqında ətraflı məlumatı http://www.nar.az səhifəsindən əldə etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi







.jpg)






.jpg)





