"Expressbank" böyüyüb, gəlirləri və mənfəəti artıb
"Expressbank" ASC 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "Expressbank" 2021-ci ili 7 milyon 701 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ili 6 milyon 829 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Expressbank"ın xalis mənfəəti 2020-ci illə müqayisədə 2021-ci ildə 12,8 % və ya 872 min manat artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından və mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırılan vəsaitin azalmasından qaynaqlanır.
GƏLİRLƏRİ ARTIB
2021-ci ildə "Expressbank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 56 milyon 3 min manat təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 6,7% (və ya 3 milyon 520 min manat) çoxdur. 2020-ci ildə Bankın cəmi əməliyyat gəlirləri 52 milyon 483 min manat təşkil etmişdi.
2021-ci ildə "Expressbank"ın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 42 milyon 435 min manat təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 4,5 % (və ya 1 milyon 843 min manat) çoxdur. 2020-ci ildə Bankın cəmi əməliyyat xərcləri 40 milyon 592 min manat təşkil etmişdi.
2020-ci ildə "Expressbank"ın əməliyyat mənfəəti 11 milyon 891 min manat ikən, 2021-ci ildə 13 milyon 568 min manata yüksəlib (1 milyon 677 min manat və ya 14,1% artıb ).
2021-ci ildə "Expressbank" mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığı vəsait 2 milyon 243 min manat manat təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 23,5% (və ya 687 min manat) azdır.
BANK BÖYÜYÜB
"Expressbank"ın cəmi aktivləri 2020-ci illə müqayisədə 2021-ci ildə 12,1 % və ya 37 milyon 920 min manat artaraq 351 milyon 368 min manat təşkil edib. Bank 2020-ci ilin sonunda 313 milyon 448 min manat cəmi aktivlərə malik idi.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
"Expressbank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2020-ci illə müqayisədə 2021-ci ildə 24,6% və ya 51 milyon 696 min manat artaraq 261 milyon 439 min manat təşkil edib. 2020-ci ilin sonunda Bankın kredit portfeli 209 milyon 743 min manata çatmışdı.
"Expressbank"ın depozit portfeli 2020-ci illə müqayisədə 2021-ci ildə 31,5% və ya 37 milyon 427 min manat artaraq 156 milyon 83 min manat təşkil edib. Bank 2020-ci ilin sonunda 118 milyon 656 min manat cəmi depozitlərə malik idi.
MƏCMİ KAPİTALI 120 MİLYON MANATI KEÇİB
31 dekabr 2021-ci il tarixində "Expressbank" 120 milyon 617 min manat məcmu kapitala malik olub. Bank 31 dekabr 2020-ci il tarixində 118 milyon 98 min manat cəmi kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)






.jpg)







