BME – Schindler Azərbaycan şirkəti biznes idarəetmə sistemini Cubics Technology-dən sifariş etdi
(®) BME-Schindler Azərbaycan şirkəti daxili biznes proseslərinin avtomatlaşdırılması və optimallaşdırılması üçün biznes həllini Cubics Technology şirkətindən əldə etmək qərarını verib. Buna səbəb Cubics şirkətinin təqdim etdiyi Cubics BMS adlı Biznes İdarəetmə Sisteminin BME-Schindler Azərbaycan şirkəti üçün maksimal dərəcədə uyğunlaşdırıla bilinməsi olub.
Şirkət rəhbərliyi xəbər verir ki, BME-Schindler Azərbaycan şirkəti üçün hazırlanacaq Cubics BMS həlli CRM müştəri bazası, çağrı mərkəzi, mühasibatlıq və maliyyə hesabatları, tapşırıqlar, məhsullar və xidmətlər, layihələr, anbar, təchizat, satış, sənəd dövriyyəsi, insan resursları və s. kimi modulları, habelə Android və iOS tətbiqlərini özündə birləşdirəcəkdir.
Onu da qeyd edək ki, dünya üzrə əksər Schindler nümayindəlikləri SAP SE Biznes İdarəetmə Sistemini istifadə edir.
Bakı Mexanika va Elektronika MMC (BME) şirkəti, İsveçrənin Schindler Şirkətlər Qrupunun quraşdırma və texniki qulluq xidmətlərinin Azərbaycan Respublikası ərazisində rəsmi təminatçısıdır. Schindler Group 1874-cü ildə İsveçrənin Luzern kantonunda qurulmuş va hal hazırda Dünyanın bir çox ölkəsində təmsil olunan və 56 000-dən çox əməkdaşı olan bir dünya nəhəngidir. Hər gün Dünya üzərində bir milyarddan çox insanı daşıyan Schindler Group etibarlı lift va eskalator tədarükçüsü olub, keyfiyyətli xidmətin təminatcısıdır.
Cubics Technology 50-dən çox yerli şirkətlə əməkdaşlıq edən, müxtəlif fəaliyyət ilə məşğul olan şirkətlər və fərdi sahibkarlar üçün Biznes İdarəetmə Sistemi, kassa və satış sistemi və elekton ticarət həllərini təqdim edən texnoloji şirkətdir.
Tel: *3881
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
4 saat əvvəl
“Beauty Time” salonlar şəbəkəsinin rəhbərinin axtarışa verildiyi bildirilir
-
-
4 saat əvvəl
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
-
5 saat əvvəl
Bakı Fond Birjasının statistik məlumatlarını yeni formatda təqdim edir
-
5 saat əvvəl
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
MyShops-dan Ramazana özəl 60%-dək endirim və faizsiz hissəli ödəniş kampaniyası
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
"İranla danışa bilərik. İranlılar danışmaq istəyirlər"
Ən çox oxunanlar
“Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatı üzrə işlərə başlanılır
"Avto Azərbaycan"ın 30 illik yubileyi yaşıl təşəbbüslə qeyd olundu: 300 AĞAC ƏKİLDİ
Azərbaycanda Tam KASKO sığortasının 20% endirimlə satışına başlanıb
InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nazir quşçuluq müəssisələrində olub, müzakirələr aparılıb
"Azərişıq" barəsində iş açılıb





















