Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı
Avropa Mərkəzi Bankı faiz qərarını açıqlayıb. Bank faiz dərəcələrini bazar proqnozlarına uyğun olaraq sabit saxlayaraq, pandemiya aktivlərinin alış proqramı (PEPP) çərçivəsində xalis alışların əvvəlki rüblə müqayisədə yavaşlayacağını bildirib. Aktiv alış proqramı çərçivəsində aylıq alışlar da rüblük azaldılacaq.Avropa Mərkəzi Bankı faiz dərəcələrini bazar gözləntilərinə uyğun olaraq dəyişməyib.
Marja xəbər verir ki, Bank siyasət faizini 0 faiz, marjinal maliyyələşdirmə faizini 0,25 faiz, depozit faizini isə mənfi 0,50 faiz səviyyəsində saxlayıb.
Qərar mətnində pandemiya aktivlərinin alış proqramının (PEPP) birinci rübdə əvvəlki rüblə müqayisədə daha yavaş templə davam edəcəyi vurğulanıb. Proqram çərçivəsində satınalmaların mart ayında yekunlaşacağı bildirilib.
Qərarda, aktiv alış proqramının (APP) ikinci rübdə ayda 40 milyard avro, üçüncü rübdə isə 30 milyard avro olacağı qeyd edilib.
Bildirilib ki, bu proqram çərçivəsində xalis alışlar oktyabr ayından etibarən 20 milyard avro təşkil edəcək.
Qərarın mətnində qeyd olunub ki, iyun ayında banklar üçün uzunmüddətli borclanma ilə bağlı xüsusi şərtlər ləğv ediləcək.
Qərarın mətnində bank əlavə edib ki, inflyasiya daimi olaraq 2 faizlik səviyyədə qərarlaşana qədər faiz dərəcələri artırılmayacaq.
Qeyd edək ki, İngiltərə Mərkəzi Bankı da faiz qərarını açıqlayıb. Müvafiq olaraq, bank siyasət faizini 25 bənd artıraraq 0,50%-ə yüksəldib. Bununla yanaşı, Bank 20 milyard funt sterlinqlik korporativ aktivlərin satınalma proqramını 2023-cü ilin sonuna qədər bitirmək qərarına gəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 42 d. əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
























