Bazarlardan Meta-ya tarixi zərbə
Facebook-un ana şirkəti "Meta", bazarlar açılmazdan əvvəl əməliyyatlarda şirkətin səhmləri 22% ucuzlaşıb, şirkətin bazar dəyəri 195 milyard dollar azalıb.
Marja xəbər verir ki, beləliklə, "Meta" ABŞ şirkətləri arasında ən böyük gündəlik itkini yaşayıb. Bundan əvvəl ən böyük dəyər itkisi 180 milyard dollarla Apple-da yaşanmışdı.
Analitiklər isə Meta-nın Tiktok kimi rəqibləri ilə sıx rəqabətdə olduğunu və elan edilən gəlirin gözləniləndən xeyli aşağı olduğunu bildirirlər. “Facebook”un səhmlərinin ucuzlaşması da texnologiya şirkətlərində hansı “köpük”ün əmələ gəldiyi barədə yaxşı ipucu verir.
Cümə axşamı axşam Nasdaq fyuçersləri Meta səhmlərinin azalması fonunda 2,2 faiz, S&P 500 fyuçersləri isə 1 faiz ucuzlaşıb.
Meta-nın mənfəəti dördüncü rübdə azalıb
Adını “Meta” olaraq dəyişdirən “Facebook” ötən ilin oktyabr-dekabr dövrü üçün balansını açıqlayıb. “Meta” adı ilə ilk balans hesabatını təqdim edən “Facebook”un xalis mənfəəti ötən ilin son rübündə 8 faiz azalaraq 10,3 milyard dollara düşüb.
Şirkətin keçən ilin dördüncü rübündəki gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20% artaraq 33,7 milyard dollar təşkil edib. “Meta” 2020-ci ilin eyni dövründə 28,1 milyard dollar gəlir əldə etmişdi.
Şirkətin 2021-ci il ərzində gəliri əvvəlki ilə nisbətən 37% artaraq 117,9 milyard dollara yüksəlib.
“Meta”, bu ilin birinci rübündə onun gəlirinin 27-29 milyard dollar arasında olacağı gözləyir. Analitiklər şirkətin birinci rüb üçün gəlir proqnozunun 30,2 milyard dollar civarında olacağını gözləyirdilər.
Səhm üzrə mənfəət gözləntilərdən aşağı düşüb
Şirkətin xalis mənfəəti ötən ilin son rübündə 8% azalaraq 10,3 milyard dollar olub. “Meta”, 2020-ci ilin oktyabr-dekabr dövründə 11,2 milyard dollar mənfəət açıqlamışdı. “Meta”nın xalis mənfəəti 2021-ci ildə 2020-ci illə müqayisədə 35% artaraq 39,4 milyard dollara çatıb. Virtual reallıq və ağıllı eynəklər, eləcə də hələ buraxılmamış digər məhsullar üzərində işləyən “Reality Labs” bölməsi keçən il 10 milyard dollardan çox zərər edib. Şirkətin 2020-ci ilin dördüncü rübündə 3,88 dollar olan səhm üzrə mənfəəti də ötən ilin eyni dövründə 3,67 dollara qədər azalıb. “Meta”nın səh başına qazancının bu müddət ərzində 3,84 dollar olduğu təxmin edilirdi.
“Facebook”un qurucusu Mark Zukerberq keçən il şirkətin adının “Meta” olaraq dəyişdirildiyini və şirkəti metaverse şirkətə çevirməyi hədəflədiyini açıqlamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























