Cənub Qaz Dəhlizinin genişləndirilməsi üçün Azərbaycan maraqlı tərəflərlə dialoqa başlamağa hazırdır
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası nazirlərinin VIII iclası çərçivəsində bir sıra görüşlər keçirilib
Energetika naziri Pərviz Şahbazov “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının VIII iclası çərçivəsində Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrei Spinunu qəbul edib.
Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Moldovanın Baş nazirinin müavini Andrei Spinu ölkəsinin təbii qazla təminatı ilə bağlı mövcud vəziyyət barədə məlumat verib və Azərbaycanla bu istiqamətdə əməkdaşlığın perspektivlərini diqqətə çatdırıb.
Nazir Pərviz Şahbazov isə yeni mənbədən Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qazın tədarükündə Məşvərət Şurasının töhfələrini qeyd edərək, Moldovanın ilk dəfə olaraq budəfəki iclasda iştirakını alqışlayıb. Bu layihənin növbəti mərhələsi üzrə fəaliyyətə başlamaq üçün zəruri addımları diqqətə çatdırıb: “Gələcəyə baxdıqda ixracın artırılması üçün potensial var. Bu imkanların reallaşdırılması, Cənub Qaz Dəhlizinin genişləndirilməsi isə istehlakçıların müəyyənləşdirilməsini, müqavilələrin imzalanmasını, investisiyaların yatırılmasını, interkonnektorların qurulmasını və lazımi dəstəyi əhatə edən prosesdir. Biz maraqlı tərəflərlə bu istiqamətdə dialoqa başlamağa hazırıq.”
Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku ilə görüşdə də təbii qaz təchizatının diversifikasiyası və bu xüsusda Azərbaycanla əməkdaşlıq imkanları müzakirə edilib. Nazir Virgil-Daniel Popesku Rumıniyanın iştirakı ilə həyata keçirilən interkonnektorların Cənub Qaz Dəhlizinin genişlənməsinə töhfə verəcəyini bildirib. O, Rumıniyanın Azərbaycanla təbii qaz üzrə uzunmüddətli əməkdaşlığa marağını ifadə edib.
Energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə də görüşüb. Müzakirələrdə təbii qazın dayanıqlı enerji növü kimi gələcəkdə enerji balansında öz mövqeyini qoruyacağı, Cənub Qaz Dəhlizinin ikinci fazası üzrə Macarıstanla əməkdaşlıq, gələcək fəaliyyət strategiyasından irəli gələn məsələlər müzakirə edilib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
10 saat əvvəl
Azərbaycanın alüminium nəhəngi böyüyür - mənfəəti 5,7 dəfə artıb
-
11 saat əvvəl
Əhali tərəfindən Azərbaycana 1.4 milyard dollarlıq məhsul idxal edilib
-
-
11 saat əvvəl
Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
-
11 saat əvvəl
Mahmud Abbas: HAMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdırlar
- 12 saat əvvəl
-
12 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakı Fond Birjasından "FINCA Azerbaijan"ın istiqrazları ilə bağlı qərar
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
Son Xəbərlər

Azərbaycanın alüminium nəhəngi böyüyür - mənfəəti 5,7 dəfə artıb

Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər

“Azkredit"in xalis mənfəəti artıb

Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq

"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
Ən çox oxunanlar

“E-qanun.ai” platformasının təqdimat mərasimi keçirilib

Temperatur enəcək, yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ

"Bu emissiya Bank of Baku-nun güclü imicini ortaya qoydu" - MÜSAHİBƏ

Qatar ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişin daşımalarına başlanılır - QİYMƏTLƏR

Sabahdan Bakı-Ağdam müntəzəm avtobus reysi işə düşəcək - Gediş haqqı qiyməti məlum oldu
