Bu şirkət dövlət büdcəsinə 1,7 milyard manat vergi ödəməyi hədəfləyir
12 min nəfərdən çox işçinin cəlb edilməsi də hədəflənir.Dövlət şirkəti “AzerGold”un yeni strategiyasında müəyyən edilmiş hədəflərdən biri dövlət büdcəsinə məcmu vergi ödənişinin 1.7 milyard manat təşkil etməsi.dir.
Marja xəbər verir ki, bunu “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin 2021-ci ilin yekunları və qarşıda duran vəzifələrinə həsr olunmuş Mətbuat konfransında QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.
İbrahimov söyləyib ki, ötən ili “AzerGold”un fəaliyyəti üçün əlamətdar edən addımlardan biri də Cəmiyyətin korporativ strategiyasının Daşkəsən dəmir filizi yataqları və işğaldan azad edilmiş ərazilərdəki yataqlar nəzərə alınmaqla Cəmiyyətin nizamnaməsi və qanunvericiliyin tələblərinə uyğun yenilənməklə Müşahidə Şurası tərəfindən təsdiq edilməsidir.
Cəmiyyətin strategiyası üzrə müəyyən edilmiş layihələrin icrası çərçivəsində əsas hədəflər bunlardır:
1. Cəmiyyətin növbəti 10 il ərzində əhəmiyyətli qlobal mədənçilik liderlərindən biri olmağa hazır olan iri şirkətə çevrilməsi;
2. Əlvan və qara metallar üzrə fəaliyyət nəticəsində 2035-ci ilədək ölkənin məcmu ÜDM-inə 24 milyard manat həcmində töhfənin verilməsi;
3. Layihələrin icrasının ən fəal mərhələsində 12 min nəfərdən çox işçinin cəlb edilməsi;
4. Məcmu gəlirin 18.5 milyard manata çatdırılması;
5. Faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəətin (EBITDA) 7 milyard 650 milyon manata yüksəldilməsi;
6.Dövlət büdcəsinə məcmu vergi ödənişinin 1.7 milyard manat təşkil etməsi.
“Sevindirici haldır ki, strateji hədəflər çərçivəsində ötən il də hasilat, satış, geoloji kəşfiyyat, eləcə də digər sahələrdə işlər plandan daha artıq və tam qrafik üzrə yerinə yetirilib. Şirkətimiz regionlarda yeni mədənlərin işə salınması, iqtisadi səmərəliliyinin və dayanıqlı inkişafın artırılması istiqamətində fəaliyyətini uğurla davam etdirib”,- Zakir İbrahimov əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
- 7 d. əvvəl
- 18 d. əvvəl
- 28 d. əvvəl
- 35 d. əvvəl
-
1 saat əvvəl
Sony gözləntiləri üstələyən mənfəət artımı açıqlayıb, proqnozunu yüksəldib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Təkliflərin dəli-dolusu Baku Electronics-də başlayır!
Gümüşün qiyməti 17%-ə yaxın ucuzlaşıb
Bitcoin-in qiyməti son 15 ayın ən aşağı səviyyəsində
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
Qəhvə qiymətləri son 6 ayın ən aşağı səviyyəsini görüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib





















