66 milyard dollarlıq satınalma iflasa uğradı
"Nvidia"nın "Arm" almaq müqaviləsi uğursuz olduAmerikanın "Nvidia" korporasiyası, tənzimləyici orqanlar tərəfindən əməliyyat təsdiqləmədiyinə görə, Britaniyanın “Arm” şirkətinin alınmasından imtina etmək qərarına gəlib.
Marja xəbər verir ki, bu barədə çərşənbə axşamı anonim mənbələrə istinadən "Financial Times" qəzeti yazıb.
Məlumata görə, satınalmanın, ABŞ, Böyük Britaniya və Avropa İttifaqındakı antiinhisar tənzimləyicilərində yarımkeçiricilər bazarında rəqabətə potensial mənfi təsiri ilə bağlı narahatlıqlar yaratması ilə əlaqədar olaraq 66 milyard dollarlıq potensial müqavilə bazar ertəsi iflasa uğrayıb.
Yaponiyanın “Softbank” holdinqi "Arm"da böyük paya sahibdir. Holdinq "Nvidia" sövdələşməyə alternativ olaraq "Arm"ın səhmlərinin ilkin kütləvi təklifinə (İPO) hazırlaşır.
Şirkətlər potensial sövdələşməni 2020-ci ilin sentyabrında elan etmişdilər.
2021-ci ilin fevral ayında "Google", "Microsoft" və "Qualcomm" "Nvidia" tərəfindən "Arm"ın alınması ilə bağlı ABŞ-ın antiinhisar tənzimləyicisinə şikayətlər ediblər. Bu korporasiyalar satınalmanın çip dizaynı və istehsalında rəqabətə zərər verə biləcəyindən narahatdırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb























.jpg)




