Amerikalılar Superbuola baxmağa 14,6 milyard dollar xərcləyəcək
Amerikalılar fevralın 14-ü gecəsi keçiriləcək Amerika futbolu üzrə ABŞ çempionatının finalına - Superbuola baxmağa təxminən 14,6 milyard dollar xərcləyəcək.
Bu barədə məlumat Milli Riteylər Federasiyasının (NRF) tədqiqatında yer alıb.
Beləliklə, ötən il pandemiya səbəbındən son yeddi ildə ən aşağı səviyyəyə düşən xərclər (13,9 milyard dollar) xeyli artacaq. Bu göstərici üzrə maksimum 2020-ci ildə qeydə alınmışdı – 17,2 milyard dollar.
Ümumilikdə sırf idman hadisəsi çərçivəsindən çıxaraq kütləvi mədəniyyət hadisəsinə çevrilən Superboula 184,6 milyon amerikalının baxacağı gözlənilir. Televiziya translyasiyasına adambaşına baxış xərcləri orta hesabla bir il əvvəlki 74,55 dollara qarşı 78,92 dollar təşkil edəcək.
Əsas xərc yeməyə və içkilərə gedəcək – sorğu iştirakçılarının 79 faizi onları məxsusi olaraq oyuna görə almağı planlaşdırır. Respondentlərin 11 faizi geyim və komandanın başqa rəmzlərini almaq istəyir. Bu sırada bəzək-düzək (8 faiz), final oyunu münasibətilə yeni televizor (9 faiz) və mebel (5 faiz) almaq istəyənlər də var.
Superbuol ilin ən populyar televiziya hadisəsi olduğundan ən iri kompaniyalar bununla əlaqədar dünya miqyaslı məşhurların iştirakı ilə xüsusi reklam çarxları hazırlayır. Bu il 30 saniyəlik belə reklamın qiyməti ötən illə müqayisədə 18 faiz artaraq 6,5 milyon dollar təşkil edəcək.
Tarixdə 56-cı dəfə keçirilən budəfəki finalda Milli futbol liqasının (NFL) iki konferensiyasının qalibləri – “Sinsinatti Benqals” və “Los-Anceles Rems” komandaları qarşılaşacaq. Los-Anceles şəhəri yaxınlığındakı SoFi stadionunda baş tutacaq oyuna 100 minə yaxın tamaşaçı baxa biləcək. Lakin bunun üçün sərt anti-kovid qadalarına əməl etmək və xeyli məbləğ ödəmək lazım gələcək. Oyuna biletlərin əksəriyyəti satılıb, qalan biletlərin qiyməti 7,1 min dollardan başlayır. Vip-sektor üçün biletin qiyməti isə 25 min dollaradək qalxır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 20 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 2 saat əvvəl
-
16 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
18 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























