"Rusiyanın Ukraynaya müdaxiləsi halında ABŞ "Şimal axını 2"nin işə salınmasına icazə verməyəcək"
ABŞ Avropada təhlükəsizlik məsələlərində Rusiya ilə xoşməramlı danışıqlara açıqdır, lakin Ukraynanı işğal etmək qərarına gələrsə, Moskvaya qarşı kütləvi sanksiyalar tətbiq etməkdə qərarlıdır.
Marja xəbər verir ki, bu barədə bazar ertəsi ABŞ prezidenti Co Bayden Almaniya kansleri Olaf Şolz ilə Vaşinqtonda danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Onun verdiyi məlumata görə, Rusiya təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Şimal axını 2” kəməri də bu cür məhdudiyyətlərə məruz qalacaqdır.
Amerika lideri Rusiyanın Ukraynaya hücumu halında ABŞ-ın qaz kəmərinin istifadəyə verilməsinə imkan verməyəcəyinə söz verib. Bayden boru kəmərinin işə salınması ABŞ hakimiyyətindən deyil, Almaniyadan asılı olarsa, Vaşinqtonun buna necə nail olacağını izah etməkdən imtina edib. "Mən söz verirəm ki, biz bunu bacaracağıq", - ABŞ Prezidenti rəhbəri deyib.
Eyni zamanda Bayden qeyd edib ki, ABŞ Rusiyadan tədarükün dayandırılacağı təqdirdə Avropanın təbii qaza olan tələbatının əhəmiyyətli hissəsini ödəyə biləcək. Ağ Ev sahibinin sözlərinə görə, ABŞ hökuməti “bir müddətdir” xaricdəki müttəfiqləri və tərəfdaşları ilə bu cür tədarüklərin “itkisini kompensasiya etmək” imkanlarını müzakirə edir.
Amerika lideri bir daha elan edib ki, Rusiyanın Ukraynaya müdaxiləsi halında Qərb ölkələri bir-biri ilə razılaşdırılaraq hazırlanmış iqtisadi sanksiyaları tez bir zamanda tətbiq etməyə hazırdırlar. Prezidentin xəbərdarlıq etdiyi kimi, bunlar “indiyə qədər tətbiq edilən ən sərt məhdudiyyətlərdir”.
Eyni zamanda Bayden etiraf edib ki, bu məhdudlaşdırıcı tədbirlər tətbiq olunarsa, istər-istəməz Qərbin özünün maraqlarına zərbə vuracaq. "Bunun bir hissəsi bizə təsir edəcək, bu avropalılara təsir edəcək. Lakin sanksiyalar Rusiya iqtisadiyyatına daha dərin təsir göstərəcək", - Bayden hesab edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





