500 manat nominallı xatirə pul qanuni ödəniş vasitəsidir? - AÇIQLAMA
500 manat nominallı xatirə pul nişanı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağın azadlığı uğrunda 2020-ci ildə aparılmış 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun tarixi zəfəri münasibəti ilə Azərbaycan Mərkəzi Bankı tərəfindən 04 noyabr 2021-ci il tarixində tədavülə buraxılıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
Qeyd olunub ki, beynəlxalq təcrübəyə uyğun olaraq 500 manat nominallı bu xatirə pul nişanı məhdud sayda (1 milyon ədəd) istehsal olunub və onun istehsal limitinin artırılması nəzərdə tutulmur.
"Hazırda istehsal olunmuş 500 manatlıq xatirə pul nişanlarının 22%-i tədavüldədir və bu pul nişanları digər dövriyyə pulları kimi ölkə ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Qanunu”nun 33.6-cı bəndinə əsasən Mərkəzi Bankın buraxdığı pul nişanları, o cümlədən yubiley və xatirə pul nişanları Azərbaycan Respublikasının bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilir", - məlumatda vurğulanıb.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
© "Unikal"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
- 12 d. əvvəl
- 23 d. əvvəl
- 33 d. əvvəl
- 40 d. əvvəl
-
1 saat əvvəl
Sony gözləntiləri üstələyən mənfəət artımı açıqlayıb, proqnozunu yüksəldib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Təkliflərin dəli-dolusu Baku Electronics-də başlayır!
Gümüşün qiyməti 17%-ə yaxın ucuzlaşıb
Bitcoin-in qiyməti son 15 ayın ən aşağı səviyyəsində
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
Qəhvə qiymətləri son 6 ayın ən aşağı səviyyəsini görüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib























