Gürcüstan Ermənistan məhsuluna qoyduğu tranzit qadağasını əsaslandırıb
“Gürcüstanda 20-yə yaxın müxtəlif qida məhsulu patentləşdirilib. Bu məhsullara çaça, çurçxela, müxtəlif pendir növləri və matsoni daxildir”.
Bunu Gürcüstanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühafizəsi Nazirliyinin Qida və kəndlərin inkişafı Departamentinin rəhbəri Tengiz Kalandadze “İmedi” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, həmin qida məhsullarının hətta adlarına bənzər adların istifadəsi qadağandır: “Bu səbəbdən Ermənistanda istehsal olunan matsun məhsulunun tranzitinə qadağa qoyulub. Müəyyən vaxtdan sonra Ermənistanın Kənd Təsərrüfatı Nazirliyindən bizimlə əlaqə saxlanıldı. Söhbət zamanı biz məsələni izah etdik və qarşı tərəf razılaşdı. Bundan sonra bu cür fakt təkrarlanmadı”.
Məsələyə Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzinin (“Sakpatenti”) sədr müavini Nino Çikovani də münasibət bildirib. O deyib ki, ölkədə coğrafi göstərici kimi qeydiyyata alınmış qida məhsulu adlarından birbaşa və ya bilavasitə, həmçinin ona bənzər simvoldan da itifadə qadağandır.
Gürcüstanın Sənaye və Ticarət Palatasının direktor müavini Maqda Bolotaşvili öz növbəsində deyib ki, dövlət matsoninin Gürcüstan məhsulu kimi mövqeləndirilməsi üçün çoxlu resurs sərf edir. O qeyd edib ki, gürcüstanlı sahibkarlar da bu istiqamətdə inadlı fəaliyyət göstərir.
Xatırladaq ki, Gürcüstan Ermənistanda istehsal olunan matsun məhsulunun öz ərazisi vasitəsilə Rusiyaya tranzitinə qadağa qoyub. Səbəb məhsulun adının gürcü məhsulu olan matsoni ilə bənzərliyidir. Qadağadan sonra Ermənistan süd məhsulunu “erməni dağ yoqurtu” adı altında tranzit etməyə məcbur olub.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
©️ Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 20 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 2 saat əvvəl
-
16 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
18 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























