“Azərbaycan mediasına gəlir, mənfəət və ƏDV üzrə güzəştlər tətbiq ediləcək”
Dövlət Vergi Xidməti tərəfindən Medianın İnkişafı Agentliyi (MEDİA) ilə birlikdə jurnalistlərə və media subyektlərinə vergi güzəştlərinin edilməsi ilə bağlı müəyyən təkliflər hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub.
Bunu müsahibəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.
"Təbii ki, “Media haqqında” qanun qəbul olunmadan dəyişikliklərin tam dairəsinin elan olunması düzgün deyil, amma onu deyə bilərik ki, dəyişiklik istiqamətləri medianın məhz media ilə bağlı fəaliyyətdən əldə etdiyi gəlirlərə və mənfəətə müddətli güzəşt və azadolmaların verilməsi, media qurumları tərəfindən təqdim olunan məhsullar üzrə Əlavə Dəyər Vergisi (ƏDV) ilə bağlı vergi güzəştlərinin tətbiq olunması ilə bağ
Onun sözlərinə görə, dövlətin mediaya yanaşması həmişə həssas olub:
“Dünyanın hər tərəfində mediaya münasibət həssasdır. Vətən müharibəsi dövründə də Azərbaycan mediasının rolu danılmazdır. Tək Dövlət Vergi Xidməti deyil, bütün aidiyyəti dövlət orqanları öz səlahiyyətləri daxilində medianın ölkədə inkişafının dəstəklənməsi ilə bağlı müvafiq tədbirlər görür.
“Media haqqında” qanun iki gün öncə qəbul olunub. Amma qanun qəbul olunana qədər də hökumət, aidiyyəti dövlət qurumları medianın problemlərinin öyrənilməsi, təhlil edilməsi, hansı formada dövlət dəstəyi tədbirləri həyata keçirilməsi ilə bağlı ciddi təhlillər aparırdı. İqtisadiyyat Nazirliyində də media nümayəndələri ilə görüşlər keçirilib, bu görüşlərdə onların təklifləri dinlənilib. Medianın maliyyə dayanıqlığını artırmaq, onların daha çox dövriyyə vəsaitlərindən səmərəli istifadəni təmin etmək, həmin vəsaitlərin medianın inkişafına yönəldilməsi üçün vergi təşviqlərinə də ehtiyac olduğu bildirilib.
Hazırda hökumət bu qanun layihəsini rəy bildirilməsi üçün Iqtisadiyyat Nazirliyi də daxil olmaqla aidiyyəti qurumlara göndərib. Bütövlükdə Dövlət Vergi Xidməti mediaya vergi güzəştlərinin təşviqlərinin verilməsini dəstəkləyir”, - S. Musayeva vurğulayıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayevanın geniş müsahibəsini buradan oxuya bilərsiniz.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
- 8 d. əvvəl
- 19 d. əvvəl
- 29 d. əvvəl
- 36 d. əvvəl
-
1 saat əvvəl
Sony gözləntiləri üstələyən mənfəət artımı açıqlayıb, proqnozunu yüksəldib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Təkliflərin dəli-dolusu Baku Electronics-də başlayır!
Gümüşün qiyməti 17%-ə yaxın ucuzlaşıb
Bitcoin-in qiyməti son 15 ayın ən aşağı səviyyəsində
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
Qəhvə qiymətləri son 6 ayın ən aşağı səviyyəsini görüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib


























