Gəncənin rayonlarının ləğvi barədə layihə Milli Məclisə tövsiyə olundu
Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, komitənin sədri Siyavuş Novruzov bildirib ki, iclasın gündəliyinə “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihələrinin birinci oxunuşda müzakirəsi daxil edilib.
Siyavuş Novruzov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə idarəetmə sahəsində aparılan mütərəqqi islahatlar şəffaflığın artırılmasına, qanunçuluğun möhkəmləndirilməsinə, vətəndaş-dövlət münasibətlərinə mənfi təsir göstərən halların aradan qaldırılmasına yönəlib. Bu cəhətdən Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi ilə bağlı komitənin bugünkü iclasının müzakirəsinə çıxarılan qanun layihələri idarəetmənin təkmilləşdirilməsi sahəsində aparılan islahatların tərkib hissəsidir.
Məlumat verilib ki, “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsində (birinci oxunuş) şəhərin tərkibindəki Kəpəz və Nizami rayonlarının ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılması təklif olunur. Ləğv edilən Nizami rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri hesab edilir. Habelə, ləğv edilən Kəpəz rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə, Cavadxan, Hacıkənd, Məhsəti, Natəvan, Sadıllı, Şıxzamanlı qəsəbə inzibati ərazi dairələri də müvafiq olaraq Gəncə şəhəri tərkibində 3 və 4 nömrəli sahə, Cavadxan, Hacıkəndə, Məhsəti, Natəvan, Sadıllı, Şıxzamanlı qəsəbə inzibati ərazi dairələri hesab edilir.
Komitə sədri bildirilib ki, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) də Gəncə şəhərinin inzibati ərazi bölgüsündəki dəyişikliklərlə əlaqədar hazırlanıb. Gəncə şəhərinin Kəpəz və Nizami rayonlarının ləğvi ilə əlaqədar bələdiyyələrin siyahısında da müvafiq uyğunlaşdırma xarakterli düzəlişin aparılması nəzərdə tutulub.
Müzakirə edilən qanun layihələri ilə bağlı Regional məsələlər komitəsi sədrinin müavini Elşən Musayev, komitə üzvləri Tahir Rzayev, Malik Həsənov, Emin Hacıyev, Səbinə Xasayeva, Nizami Cəfərov, Aqil Məmmədov, Səttar Möhbalıyev çıxış ediblər, təklif edilən dəyişikliklərlə bağlı rəylərini bildiriblər.
Deputatlar Gəncədə vahid idarəetmənin təşkilinin onun gələcək inkişafı baxımından səmərəli olacağına inamlarını bildiriblər.
Müzakirələrin sonunda hər iki qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
35 d. əvvəl
ABŞ-ın Vitse-prezidenti ilə məhdud tərkibdə görüş olub, geniş tərkibdə görüş başlayıb
-
48 d. əvvəl
Asiya bankı Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq krediti təsdiqlədi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Fransanın iri bankı da qızılın qiymətinin 6 min dollara çatacağını nəzərdə tutur
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi
Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edilib
Dollların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib
Əhaliyə və biznesə kredit verən "Finca Azərbaycan" özü illik 15%-lə 4 milyon manat borc aldı
Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar


























