Ukraynada gərginliyin artması fonunda neft və qızıl daha da bahalaşdı
Ukrayna və Rusiya arasında gərginliyin artmasından sonra neftin qiyməti 3%-dən çox artıb.
Brent markalı neftin bir barrelinin qiyməti 3,5 faiz artaraq 94,59 dollara satılıb. Eyni zamanda, West Texas Intermediate (WTI) xam nefti 4 faiz bahalaşaraq barrelinin qiyməti 93,5 dollara çatıb. Neftin qiyməti 2014-cü ilin sonundan bəri ən yüksək həddə çatıb.
Marja xəbər verir ki, Ukrayna və Rusiya arasındakı gərginliklə bağlı Avropa və ABŞ-ın ardıcıl bəyanatları neftin qiymətinin qalxması tendensiyasına səbəb olub.
Rusiya hərbi qüvvələrinin Ukrayna sərhədində cəmlənməsinin hərbi əməliyyat təhlükəsini artırdığını bildirən İngiltərə, vətəndaşlarının Ukraynaya getməməsini, oradakı vətəndaşlarının isə ölkəni tərk etmələrini tələb edib.
Avropa İttifaqı (Aİ) rəsmiləri də vacib olmayan işçiləri Ukraynanı tərk etməyə çağırıb.
ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan deyib ki, Rusiya “Çin Olimpiadası” bitməmişdən əvvəl Ukraynaya müdaxiləyə başlaya bilər. Sallivan Ukraynaya təcavüzün hər an başlaya biləcəyini, amerikalıların ölkəni dərhal tərk etməli olduqlarını və işğal olacağı təqdirdə təxliyə əməliyyatı keçirməyəcəklərini bildirib.
Qlobal neft tələbinin canlanması, eyni vaxtda təklifin daha da pisləşəcəyi gözləntiləri neftin qiymətini yüksəldən digər amillərdir.
QIZIL DA BAHALAŞIB
Digər tərəfdən, artan inflyasiya narahatlıqları ilə əlaqədar olaraq qızıl qiymətləri də artıb. Qızıl 1,8 faiz də bahalaşaraq bir unsiyası 1860 dollar olub.
ABŞ-da açıqlanan İstehlak Qiymətləri İndeksi (CPI, inflyasiya götəricisi) yanvar ayında gözləntiləri aşaraq illik 7,5% artıb. Bu, ABŞ-da 1982-ci ildən bəri (son 40 ildə) ən yüksək inflyasiyadır.
Gözləntiləri üstələyən inflyasiya məlumatlarının ardından ABŞ Federal Ehtiyat Sisteminin (FED) mart ayında faiz dərəcələrini 0,50 bənd artıracağı ehtimalı yüksəlib.
Müştərilərin xəbərləri

Qadın sahibkarlar üçün layihəyə start verildi - Yeni biliklər əldə edəcəklər, bacarıqlarını genişləndirəcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 9 saat əvvəl
-
-
9 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
9 saat əvvəl
"Sabah İtaliya-Azərbaycan Universitetinin açılışını qeyd edəcəyik" - BƏYANATLAR
-
10 saat əvvəl
“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammiti başa çatıb
-
12 saat əvvəl
Trendyol “INmerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır
-
12 saat əvvəl
Exxon Mobil dünya üzrə təxminən 2 min nəfəri işdən çıxaracaq
-
12 saat əvvəl
Türkiyənin geyim markasının Azərbaycanda 8-ci mağazası açılıb
-
12 saat əvvəl
“PAŞA Bank” zəfəri Azərbaycana yaşadanları YAŞATmağa çağırır!
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Müəllimlər üçün KOMİSSİYASIZ KREDİT

Trendyol “INmerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır

Türkiyənin geyim markasının Azərbaycanda 8-ci mağazası açılıb

SOCAR : "Biz "təmiz enerji" şirkətinə çevrilmək istəyirik"
Ən çox oxunanlar

Oktyabrın 2-dək güclü külək əsəcək - XƏBƏRDARLIQ

Qadın sahibkarlar üçün layihəyə start verildi - Yeni biliklər əldə edəcəklər, bacarıqlarını genişləndirəcəklər

Naxçıvanda ilk dəfə aqrar sığorta ödənişi həyata keçirilib

Bank 5000 ədəd Visa Business kart alışı üzrə tender elan edir

Əhmədova “ədliyyə general-mayoru”, İsmayılova “general-mayor” ali hərbi rütbəsi verildi

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
