Türkiyə əsas ərzaq məhsullarına ƏDV-ni 1 faizə endirdi
Türkiyənin yeni inflyasiya tədbirləri paketi açıqlanıb.
Marja xəbər verir ki, Xəzinə və Maliyyə Naziri Nurəddin Nəbati "Türkiyə İqtisadiyyat Modeli Yeni Addımlar və İnflyasiya Tədbirləri" adlı təqdimatda yeni paketin təfərrüatlarını açıqlayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan tədbirdə video əlaqə vasitəsi ilə çıxış edərək, əsas ərzaq məhsullarına əlavə dəyər vergisini (ƏDV) 8 faizdən 1 faizə endirdiklərini açıqlayıb.
Prezident Ərdoğan 2023-cü ildə Türkiyədə təkrəqəmli inflyasiyaya nail olacaqlarını açıqlayıb.
Ərdoğan, “Yeni tənzimləmə ilə qida məhsullarına tətbiq edilən ƏDV-yə 7 bənd endirim etdik. ƏDV-si 1 faizə endirilmiş məhsulların inflyasiya səbətində əhəmiyyətli çəkisi var. Bütün bu məhsullar üzrə vergi endirimləri inflyasiya ilə mübarizədə mühüm kömək olacaqdır. ƏDV-si 1%-ə endirən qida məhsullarının siyahıı Rəsmi Qəzetdə dərc olunacaq. Öncədən ölkəmiz, millətimiz və sektorlarımız üçün xeyirli olmasını arzulayırıq'' , - deyib.
"ÖZƏL SEKTORDAN FƏDAKARLIQ GÖZLƏYİRİK'
“İnflyasiyanın millətimizi əzməməsi üçün əlimizdən gələni edirik, etməyə davam edəcəyik” deyən Ərdoğan, özəl sektordan da eyni miqdarda fədakarlıq itəyib. Ərdoğan sözlərini belə davam etdirib: “İnflyasiya ilə mübarizə çərçivəsində ƏDV-nin 1%-ə endirilməsi icra hakimiyyəti olaraq atdığımız bir addımdır. Qida sektorundan da eyni miqdarda fədakarlıq gözləyirik. Bazar ertəsi günündən etibarən ərzaq məhsullarına 7 faiz ƏDV və 7 faiz sektor endirimi gözləyirik. Bazar ertəsi günündən etibarən bütün digər sektorlardan eyni yanaşmanı görmək istərdik. Bu fədakarlıq Türkiyəni dünyanın ən yaxşı 10 iqtisadiyyatı sırasına daxil etmək məqsədimizin bədəlidir. Dövlətin verdiyi fədakarlığı, üzərinə götürdüyü yükü bölüşmək milli borcdur".
2023-cü ildə yenidən təkrəqəmli inflyasiya olacağını qeyd edən Ərdoğan, “İstehsal sektorunun üzərində çox çalışırıq. Tariximizdə ilk dəfə olaraq biz məşğulluqda 30 milyonu ötdük. İxrac rekord həddə yüksəlir. Beynəlxalq investorların ölkəmizə marağında nəzərəçarpacaq artım var. Yayın gəlməsilə tikintidə və turizmdə aktivlik başlayacaq. Hər kəsin inflyasiya ilə mübarizəyə qoşulmasını gözləyirik. Biz təkcə istehsal, topdansatış və pərakəndə qida sektorlarından endirimlər arzuladığımızı ifadə etmirik, həm də audit kampaniyasına başlayırıq. İnflyasiya əleyhinə qruplar vasitəsilə əsassız olaraq qiymətləri artıranlara ciddi nəzarət edəcəyik. 2023-cü ildə ölkəmizi yenidən təkrəqəmli inflyasiya ilə tanış edəcəyik'', -bildirib.
Həmişə olduğu kimi iş dünyasının dəstəyinə böyük əhəmiyyət verdiklərini qeyd edən Ərdoğan, “İş dünyamızın səyi ilə 2021-ci ildə uğur qazandıq. İndi inflyasiya ilə mübarizə üçün də eyni səmimi dəstəyi gözləyirik'' deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 20 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 2 saat əvvəl
-
16 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
18 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























