Lloyd's sığorta bazarı Ukraynaya uçan təyyarələri sığortalamağa davam edir - Reuters
Amma sığortanın qiyməti də kifayət qədər yüksək olacaq.London sığorta bazarı "Lloyd of London" Ukraynaya uçan və onun ərazisində qalan təyyarələri sığortalamağı dayandırmır, lakin aviadaşıyıcılar xüsusi sığorta şərtləri ilə razılaşmalı olacaqlar.
Marja xəbər verir ki, bu barədə bazar ertəsi "Reuters" agentliyinə sığorta bazarının nümayəndəsi məlumat verib.
"Lloyd's"un dəniz və aviasiya sığortasının rəhbəri Neil Roberts bildirib ki, sığortaçılar daha əvvəl müştərilərə Ukraynaya uçan təyyarələrin sığortasını dayandırmaq hüququ barədə məlumat vermişdilər və sığorta müddətinin bitməsinə 48 saat qalmış xəbərdarlıq etmişdilər. Bununla belə, Robertsin fikrincə, həmçinin bu, “sığorta şərtlərini yenidən müzakirə etməyə dəvətdir”. O, qeyd edib ki, bəzi hallarda hərbi münaqişə riskini əhatə edən sığortaların verilməsi mümkündür, lakin belə müqavilələrin şərtlərinə çox tez-tez - bəzən hər 24 saat və ya 48 saatdan bir yenidən baxıla bilər. Belə sığortanın qiyməti də kifayət qədər yüksək olacaq.
Ukraynanın SkyUp aviaşirkəti bazar günü bildirib ki, şənbə günü Portuqaliyanın Funşal şəhərindən Kiyevə uçan təyyarənin sahibi olan İrlandiya firması Ukraynanın hava məkanına girişinə qadağa qoyulduğunu bildirdiyi üçün onun yönü Kişinyova keçirilib. Hollandiyanın KLM aviaşirkəti şənbə günündən etibarən Ukraynaya uçuşları dayandırıb, həmçinin hava məkanından istifadəni dayandırıb. Eyni zamanda, Ukraynanın Dövlət Aviasiya Xidmətinin rəhbəri Oleksandr Bilçuk Ukrayna hava məkanının açıq qaldığını bildirib.
Son zamanlar Qərb ölkələrində, eləcə də Ukraynada Rusiyanın Ukrayna ərazisinə mümkün müdaxiləsi ilə bağlı bəyanatlar səslənir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür məlumatları boş və əsassız gərginliyin artması adlandırıb. Peskov vurğulayıb ki, Rusiya heç kim üçün təhlükə yaratmır. Eyni zamanda, o, bu cür bəyanatlar ilə təxribatların mümkünlüyünü istisna etməyib və Ukraynanın cənub-şərqindəki böhranın güc yolu ilə həlli cəhdlərinin ən ağır nəticələrinin olacağı barədə xəbərdarlıq edib.
"Lloyd's of London" tanınmış sığorta bazarıdır və bəzən səhv olaraq sığorta şirkəti olduğu bilinir. "Lloyd's of London" sığorta və təkrarsığorta müqavilələri bağlamaq üçün anderrayterlərin sığorta brokerləri ilə görüşdüyü yerdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























