Financial Times: Dünya mal və xammal çatışmazlığı ilə üzləşir
“Financial Times” yazır ki, yaxın gələcəkdə dünyanın əksər ölkələri xammal və mal qıtlığını gözləyir.
Marja-nın məlumatına görə, "Goldman Sachs" investisiya bankının eksperti Nikolas Snoudon qeyd edir ki, hazırda qlobal iqtisadiyyat üçün vacib olan xammal həcmləri demək olar ki, tükənib. İnvestorlar kənd təsərrüfatı məhsulları, enerji məhsulları və metallar daxil olmaqla, demək olar ki, bütün kateqoriyada malları almağa başlayılar. Snoudonun fikrincə, lakin bu məhsulların tədarükü, tələbatın artmasına cavab vermir.
Xüsusilə, məşhur yüksək keyfiyyətli espresso qəhvəsini hazırlamaq üçün istifadə edilən "arabica"nın ehtiyatları son 22 ilin ən aşağı səviyyəsinə düşüb. Rabobank-ın baş analitiki Carlos Mera bu xammalın qiymətlərində nəzarətsiz artım gözləyir. ICE fyuçers birjasında qəhvənin qiyməti artıq son 10 ilin ən yüksək səviyyəsinə yüksəlib, hər funt üçün 2,59 dollar (kiloqram üçün 5,7 dollar) təşkil edir. Bu, cari ilin əvvəli ilə müqayisədə 13 faiz, əvvəlki ilin səviyyəsindən isə iki dəfə çoxdur. Səbəblər tədarükün kəsilməsi və Mərkəzi Amerika istehsalçılarından ixracın azalmasıdır.
Metal taicarətçiləri də malı mümkün qədər tez əldə etmək üçün daha yüksək məbləğlər ödəməyə hazırdırlar. Məsələn, mis və alüminium ehtiyatları tükənməkdədir. Nəticədə, bir ton metalın qiyməti artıq 3,2 min dollara yüksəlib.
Bundan əlavə, akkumulyatorların istehsalı üçün litium çatışmazlığı gözlənilir. Litium karbonatın qiyməti dörd dəfədən çox artaraq bir ton üçün 50.000 dolları ötüb. Bu metalların bahalaşması enerji daşıyıcılarının bahalaşması ilə bağlıdır, buna görə də Avropa və Çindəki istehsalat zavodları hasilatı azaltmağa başlayıblar.
Dünyada neft hasilatı da "donub". Səbəblər pis hava şəraiti, yeni mədənlərə və neft yataqlarına investisiya qoyuluşunun olmaması, həmçinin koronavirus səbəbindən təchizat problemləridir. Nəticədə xam neftin qiyməti artıq 95 dollar/bareldən yuxarı qalxıb. Lakin ekspertlərin fikrincə, bu, son hədd deyil. Bundan əlavə, təbii qazın qiyməti Avropa ilə qaz münaqişəsi və Rusiya ilə Ukrayna arasında gərginlik fonunda bahalaşır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)






