Azərbaycandan Avropaya qoyun yununun ixracı ilə bağlı ilkin razılıq əldə olunub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Avropa Birliyi ölkələrinin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi və ölkəmizin baytarlıq nəzarəti sisteminin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) standartlarına uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir.
AQTA-nın yaydığı məlumatda bildirilir ki, birgə fəaliyyətlər zamanı əldə olunmuş qarşılıqlı etimadın nəticəsi olaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş baytarlıq sertifikatları Avropa Birliyi ölkələrində tanınmağa başlanmışdır.
Ölkəmizdə ixrac potensialına malik məhsullardan biri də qoyun yunudur. Bu istiqamətdə ölkəmizin ixrac imkanlarının genişləndirilməsi məqsədilə Avropa Birliyi ilə danışıqlar aparılmış, qoyun yununun ixracı üzrə ilkin razılıq əldə edilmişdir.
Bunun üçün maraqlı olan müəssisələr xüsusi standartlar üzrə qiymətləndirilməli və müvafiq məlumatlar Avropa Birliyinin aidiyyəti qurumlarına təqdim olunmalıdır.
Müvafiq məlumat bazasında qeydiyyata götürülmüş müəssisələrdən Agentlik tərəfindən verilmiş baytarlıq sertifikatı əsasında yunun ixracatı həyata keçirilə bilər.
Avropa Birliyinə yun ixrac edilməsini planlaşdıran müəssisələrin lazımi prosedurlardan keçirilməsi və onlara metodiki köməkliyin göstərilməsi üçün həmin sahibkarlıq subyektləri qeyd olunan əlaqə vasitələri ilə ((012) 565-12-72, daxili (224), (229)) Agentliyə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İlham Əliyev: Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bu bankın müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 7-də gözlənilən hava şəraiti
Omanda ABŞ-İran danışıqları başladı
“PAŞA Həyat” və “Kaspi Kids” 300-ə yaxın uşağı sığortaladı
"Merkuri BOKT" 2025-ci ilin 9 ayını mənfəət ilə başa vurub
Ən çox oxunanlar
Bu bankın müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
Nazir startap nümayəndələri ilə görüşüb
Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!
“PAŞA Bank”ın səhmarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Azercell-dən xüsusi “Samsung” kampaniyası!
Bank vergi işçilərinə komissiyasız kredit təklif edir

















