Nestle məhsulları bahalaşacaq - inflyasiya və gəlirlilik xəbərdarlığı
Nestle, artan inflyasiyanın 2022-ci ildə şirkətin gəlirliliyinə mənfi təsir edə biləcəyi barədə xəbərdarlıq edib.Nestle xəbərdarlıq edib ki, 2022-ci ildə gəlirlilik ardıcıl ikinci il azala bilər.
Marja xəbər verir ki, mətbuat açıqlaması yayan şirkətin baş direktoru Mark Schneider, xərclərin 2021-ci ilə nisbətən bu il daha çox artacağını vurğulayıb və əməliyyat mənfəəti marjasının bu il 17% - 17,5% səviyyəsində ola biləcəyini qeyd edib.
Schneider, "Bu, əlbəttə ki, qiymətlərimizdə əks etdirməli olduğumuz bir vəziyyətdir" deyib və şirkətdə demək olar ki, heç bir məhsulun inflyasiyaya davamlı olmadığını vurğulayıb.
İnflyasiya Unilever-i də narahat edir
Böyük Britaniyanın nəhəng istehlak malları şirkəti Unilever, inflyasiyanın yaratdığı təzyiq ilə əlaqədar olaraq yalnız iki il sonra 2021-ci ildə gəlirlilik səviyyələrinə qayıda biləcəklərini açıqlayıb. İlin ilk rübündə inflyasiyanın pik həddə çatacağını gözləyən Unilever, xammal xərclərinin təxminən 2 milyard avro artacağını təxmin edir. Əməliyyat mənfəət marjasının 2,4 faiz bəndi azala biləcəyini qeyd edən şirkət, marjalardakı itkilərin böyük hissəsinin 2023-cü ildə kompensasiya ediləcəyini və 2024-cü ildə tam bərpa olunacağını vurğulayıb.
Unilever-in açıqlamasından sonra şirkətin səhmləri Londonda 3,2 faiz ucuzlaşıb.
Unilever-in maliyyə direktoru Qrema Pitketli bildirib ki, əmtəə qiymətləri təxminən 20 faiz artıb, lakin şirkətin miqyası və tədarükçülər ilə bağladığı müqavilələr səbəbindən Unilever üçün daha azdır.
Unilever keçən ay 1500 işçini ixtisar edəcəklərini və inkişafı sürətləndirmək üçün daxili strukturlaşmadan keçəcəklərini açıqlamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























