Fitch Rusiyaya qarşı sərt sanksiyalar riski barədə xəbərdarlıq edir
Beynəlxalq reytinq agentliyi Fitch cümə axşamı xəbərdarlıq edib ki, Ukraynaya müdaxilə ilə bağlı artan risklər Rusiyaya qarşı sərt sanksiyaların mümkünlüyünə işarə edir.
Marja xəbər verir ki, söhbət bankların və korporasiyaların dollarla əməliyyatlar aparmasının mümkün qadağasından və ya onların beynəlxalq ödəniş sistemlərindən çıxarılmasından, yaxud ixraca təhlükə yaradacaq enerji sektoruna qarşı geniş sanksiyalardan gedir.
"Bu tədbirlər Rusiya Federasiyasının kredit keyfiyyətinə mənfi təsir göstərəcək və bankların reytinqlərinə təzyiq göstərə bilər", - Fitch bildirir.
Agentliyin əsas ssenarisi hərtərəfli müharibənin qarşısının alınmasıdır. Fitch bildirir ki, bununla belə, mənfi hadisələrin baş vermə ehtimalı "xeyli dərəcədə artıb".
“Bank sektorunun ödəmə qabiliyyətinə ən böyük mənfi təsir iri dövlət banklarına qarşı sanksiyalar olacaq ki, bu da xarici valyutada ödənişləri (xüsusilə dollarla əməliyyatları) məhdudlaşdıracaq, valyuta aktivlərinin dondurulmasına və ya SWIFT sistemindən ayrılmasına səbəb olacaq” - agentlik bildirir.
Bu baş verərsə, bankların kreditorlara alternativ sistemlər və ya digər valyutalarla ödəniş edə biləcəkləri sual altında qalacaq. Bankların reytinqlərində mümkün dəyişiklik də bundan asılı olacaq,
Rusiya Federasiyası Mərkəzi Bankının məlumatına görə, yanvarın 1-nə Rusiya banklarının 79,8 milyard dollar xarici borcu var. Ötən il bu məbləğ 8,7 milyard dollar artıb.
Korporasiyalar isə əksinə, 15,3 milyard dollar xarici kreditləri qaytarıblar. Onların ümumi xarici borcu 301,6 milyard dollara qədər azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)





