ABŞ dünyanın ən iri maye qaz ixracatçısına çevrilə bilər
“Bloomberg” agentliyinin yaydığı məlumata görə, Amerika Birləşmiş Ştatları (ABŞ) 2022-ci ildə dünyanın ən böyük maye qaz ixracatçısına çevrilə bilər.
Agentlik qeyd edir ki, bu barədə “Shell” konserninin maye qaz bazarının inkişafı üzrə illik proqnozunda bildirilib. Proqnoz müəllifləri qeyd edirlər: “İstehsalda maye qaz tədarükünə təsir edən planlaşdırılmamış fasilələrə baxmayaraq, ötən il ixracın artımı ilə yadda qalıb. ABŞ il ərzində qaz tədarükünü 24 milyon ton artırıb və bu göstəriciyə görə dünya ölkələri arasında lider olub. ABŞ-ın 2022-ci ildə dünyanın ən iri maye qaz ixracatçısı olacağı gözlənilir”.
Bildirilir ki, keçən il dünyada maye qaza tələbatda ən yüksək artım Çində və Cənubi Koreyada müşahidə olunub. Çin maye qaz idxalını 12 milyon ton artıraraq 79 milyon tona çatdırıb və Yaponiyanı geridə qoyaraq dünyanın ən böyük maye qaz idxalçısına çevrilib.
“Bu, ona dəlalət edir ki, maye qaz Çinin əsas sənaye sektorlarının kömürdən qaza keçirilməsi və 2060-cı ilədək karbon neytrallığının təmin edilməsi üzrə məqsədə çatmaqda vacib rol oynayır”, - deyə “Shell” qeyd edir.
Həmçinin enerji çatdırılmasında fasilələrin yaranacağı təqdirdə maye qazın ehtiyat enerji daşıyıcısı kimi rolu artır. Belə ki, 2021-ci ildə Braziliyada davamlı quraqlıq su elektrik stansiyalarında elektrik enerjisi istehsalının azalmasına səbəb olmuş və hakimiyyət maye qaz idxalını üç dəfə artıraraq 7 milyon tona çatdırmışdı.
2021-ci ilin nəticələrinə əsasən, ABŞ maye qaz ixracatına görə dünyada üçüncü yerdə qərarlaşıb. Bu sahədə birinci yeri Avstraliya, ikinci yeri isə Qətər tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























