Rusiyanın hücumu OPEC+ qrupunu hasilatı artırmağa məcbur edə bilər
Neftin qiyməti Rusiyanın Ukraynaya hücumundan sonra tədarükün kəsilə biləcəyinə dair artan narahatlıqlar fonunda 2014-cü ildən bəri ilk dəfə bir barel üçün 100 dolları keçib. Ekspertlər bunun, Neft İxrac Edən Ölkələr Təşkilatı və daxil olmayan bəzi istehsalçı ölkələrdən ibarət OPEC+ qrupunun hasilatı artırmağa məcbur edə biləcəyini bildirirlər. OPEC+ qrupu bazardakı son hadisələri qiymətləndirmək və aprel ayından etibarən tətbiq olunacaq hasilatın həcmini müəyyən etmək üçün martın 2-də yığıncaq keçirəcək.Yeni növ koronavirus (Covid-19) pandemiyası ilə əlaqədar olaraq tələbin azalması səbəbindən 2020-ci ilin aprel ayında gündəlik xam neft hasilatını təxminən 10 milyon barel azaldan OPEC+ qrupu, tələbin bərpa olunmağa başlaması ilə 2021-ci ilin aprel ayından etibarən sözügedən hasilat ixtisarlarını dövri olaraq yumşaltmağa (bərpa etməyə) başlayıb.
Marja xəbər verir ki, təklifin tələbdən geri qalmasına, neftin qiymətinin artmasına səbəb olmasına və ABŞ başda olmaqla bəzi ölkələrin hasilatı daha da artırmağa çağırmalarına baxmayaraq, qrup avqust ayından gündəlik hasilatında mərhələli olaraq ayda 400 min barel hasilatı artırmaq planını davam etdirir.
Beynəlxalq Enerji Agentliyinin məlumatlarına görə, qrupun istehsal gücü hazırda aylıq hədəfindən təxminən 900 min barel aşağıdır.
Üzv ölkələrin hər hansı tədarükün kəsilməsi halında istifadə edə biləcəyi ehtiyat istehsal gücü 2020-ci ildən bəri azalma tendensiyası nümayiş etdirir.
Qrupun planlaşdırılan aylıq hasilat artımını reallaşdıra bilməməsi qlobal neft ehtiyatlarının kəskin azalmasına, təklif boşluğunun yaranmasına və qiymətlərin yüksəlməsinə səbəb olur.
Böyük Britaniyada yerləşən “Crystol Energy” konsaltinq şirkətinin baş icraçı direktoru Carole Nakhle qeyd edib ki, Ukraynada gərginlik artarsa, OPEC+ qrupu gələn həftə keçiriləcək iclasında hasilatı artıra bilər:
“Əgər OPEC+ qrupu həqiqətən də Ukraynada və Rusiyada baş verənlərin bazar sabitliyini təhdid etdiyinə və bunun qlobal iqtisadiyyata böyük zərbə vuracağına, potensial olaraq tələbin sonrakı məhvinə gətirib çıxaracağına inanarsa, hasilatın bərpasını gündəlik 400.000 bareldən çox edə bilər. Bir halda ki, digər körfəz ölkələri və xüsusilə ciddi ehtiyat imkanları olan Səudiyyə Ərəbistanı üçün bunu etməməkdə heç bir maneə görmürəm, çünki onlar əvvəllər bazar sabitliyi üçün oxşar tədbirlər görüblər”.
Üzv ölkələrin əksəriyyətinin onsuz da istehsal çətinlikləri yaşadığını xatırladan Nakhle, "Sözügedən tədarük artımı yəqin ki, Səudiyyə Ərəbistanı və BƏƏ-dən olacaq" deyib.
Rusiyanın da üzvü olduğu OPEC+ qrupunun qərarına mümkün təsirini qiymətləndirən Nahkle, qrupun 2020-ci ilin mart toplantısında da fikir ayrılığına düşdüyünü xatırladaraq, “OPEC qrupu hesab edirsə, bazar sabitliyi hətta OPEC+ çərçivəsində də təhdid altındadır, səudiyyəlilərin əvvəllər etdiyi kimi, bazara əlavə barellər çıxaracaqlar. Bu, bir az bazar trendindən asılıdır" qiymətləndirməsini edib.
Rusiyaya qarşı sanksiyaların enerji təchizatında axsaqlıqlara səbəb olmayacağının anlaşılmasından sonra neft qiymətlərinin bir az düşdüyünə diqqət çəkən Nakhle, belə davam edib:
"Amma hələ bitməyib. Rusiyanın nə vaxtsa necə reaksiya verəcəyini hələ bilmirik. Amma biz bilirik ki, 2014-cü ildə Krımın ilhaqından sonra Rusiya sanksiyalara baxmayaraq, cavab tədbirləri ilə təchizatını kəsməyib. Deməli, orada hazırda qeyri-müəyyənliklərdir, lakin OPEC+ın bazar reaksiyası qeyri-müəyyəndir."
“Starfuels”in Əmtəə İnvestisiya Məsləhətinin Direktoru Matt Stanley bildirib ki, bütün bazarlar, xüsusən də enerji bazarları hücumda növbəti addıma diqqət yetirirlər.
Stenli Rusiyanın Ukraynaya hücumundan sonra Qərb ölkələrinin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalar arasında enerji ilə bağlı sanksiyaların olacağının gözlənilmədiyini, lakin bazarda narahatlıqların davam etdiyini bildirib.
"Unutmayaq ki, Rusiya dünyanın ikinci ən böyük neft istehsalçısıdır və Avropanın təbii qaza olan tələbatının 30-40 faizini təmin edir. Aydındır ki, enerji hasilatına qoyulan istənilən sanksiya qiymətlərdə böyük artıma səbəb olacaq.”
Bu nöqtədə OPEC+ qrupunun mövqeyi ilə bağlı müzakirələrin başladığını qeyd edən Stanley, “Bəlkə hasilatı artıra bilənlər bunu etməli olacaqlar, çünki mövcud vəziyyət davam edərsə, neft qiymətləri həqiqətən rekord həddə çatacaq”, -bildirib.
Müştərilərin xəbərləri
Sabit gəlir axtaran investorlar üçün yeni imkanlar: ABB mobile-da ABŞ istiqrazları ilə tam rəqəmsal ticarət!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
12 d. əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
15 d. əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 1 saat əvvəl
-
2 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bu bankın kredit portfeli 50 milyon manatdan çox artaraq 700 milyon manatı aşıb
-
2 saat əvvəl
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
-
3 saat əvvəl
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
-
3 saat əvvəl
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Yanvarın 27-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb
Bakı Fond Birjası və “PwC Azərbaycan” anlaşdı






















