Rusiya Mərkəzi Bankının “iflic” etdilməsi üçün qərarı verildi - YENİ SANKSİYA
Avropa İttifaqı (Aİ) Ruiya Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib. Aİ-nin maliyyə sabitliyi üçün zəruri olan hallar istisna olmaqla, Mərkəzi Bankın ehtiyatlarının və aktivlərinin idarə edilməsi ilə bağlı əməliyyatlar qadağandır. Həmçinin Fevralın 28-dən Rusiya təyyarələri Avropa İttifaqının ərazisi üzərində uça bilmir.Avropa İttifaqı (Aİ) Rusiya Mərkəzi Bankının ehtiyatlarının və aktivlərinin idarə olunması ilə bağlı əməliyyatları qadağan edib.
Marja.az xəbər verir ki, bu barədə “EU Journal”da dərc olunan sənəddə deyilir.
Sənəddə qeyd edilib ki, məhdudiyyətlər Rusiya Mərkəzi Bankının adından və ya onun göstərişi ilə fəaliyyət göstərən istənilən hüquqi şəxslərə də şamil edilir.
İstisna olaraq, bütövlükdə Avropa İttifaqının və ya onun üzv dövlətlərinin maliyyə sabitliyini təmin etmək üçün zəruri olduqda Rusiya Mərkəzi Bankı ilə əməliyyatlara icazə verilə bilər. Rusiya Mərkəzi Bankı ilə hər hansı bir əməliyyata icazə vermək qərarına gələn Aİ-yə üzv dövlət dərhal Aİ tərəfdaşlarına niyyəti barədə məlumat verməlidir.
Bundan əlavə, bazar ertəsi, fevralın 28-dən Avropa İttifaqı hava məkanını tamamilə Rusiya üçün bağlayıb. Rusiyada qeydiyyatdan keçmiş Rusiya aviadaşıyıcıları tərəfindən idarə olunan, habelə ölkədə qeydiyyata alınmayan, “hər hansı Rusiya fiziki və ya hüquqi şəxsinə məxsus olan və ya icarəyə götürülmüş və ya başqa şəkildə idarə olunan hava gəmiləri üçün Avropa İttifaqı ərazisi üzərindən uçmaq, eniş və qalxma qadağandır.
Sənəddə qeyd olunur ki, Aİ-nin eniş, havaya qalxması və havadan uçmasına qoyulan qadağa fövqəladə hallara şamil edilmir.
Avropa İttifaqı Rusiya Mərkəzi Bankına qarşı məhdudiyyətlər tətbiq etmək niyyətini Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen fevralın 27-nə keçən gecə açıqlayıb. Onun sözlərinə görə, Aİ və tərəfdaşlar Rusiya Mərkəzi Bankının aktivlərini “iflic etmək” qərarına gəliblər ki, bu da “onun əməliyyatlarını donduracaq və onu bu aktivləri reallaşdırmaq imkanından məhrum edəcək”.
Həmçinin oxu
Rusiya beynəlxalq maliyyə sistemindən qovulurMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




